"Qarabağ" - "Sivasspor": Mətbuat konfransları və son məşqlər

single-news
24 Noy 2020

"Qarabağ" - "Sivasspor": Mətbuat konfransları və son məşqlər



"Qarabağ"ımız Avropa Liqasının qrup mərhələsinin IV turunda "Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"u qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov sabah-25 noyabrda, yerli saat 19:00-da (Bakı vaxtı ilə 20:00) media nümayəndələrinin suallarını cavablandıracaq. Komandamız saat 19:30-da (Bakı vaxtı ilə 20:30) qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxacaq.

 

Rəqib komandanın baş məşqçisi saat 16:30-da (Bakı vaxtı ilə 17:30) mətbuat konfransı keçirəcək, "Sivasspor"un son məşqi saat 17:00-da (Bakı vaxtı ilə 18:00) baş tutacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-sı, saat 20:55-də (Bakı saatı ilə 21:55) start götürəcək.

Paylaş