`Qarabağ`- `SKA-Enerji`.Antalyadan qələbəylə, 3:1

single-news
6 Mar 2011

`Qarabağ`- `SKA-Enerji`.Antalyadan qələbəylə, 3:1



`Qarabağ`ımız Antalyada keçirdiyi 1 həftəlik təlim-məşq toplanışın sonunda yoldaşlıq oyununa çıxır.

Rəqib isə Rusiya təmsilçisi `Ska-Enerji`dir.

`Qarabağ`ımızın start heyəti: Bojan, Qara, Rəşad Sadıqov, Teli, Aqolli, Namiq, Samir, Rəşad Sadiqov, Əfran, Adamiya, Rauf

1` - `Qarabağ`ımız oyuna başladı.

5` - Oyunun ilk dəqiqələri sürətli həmlələrlə keçir. Komandamız ərazi üstünlüyü ələ keçirməyə çalışır

10` - Hazırda oyun güclü küləklə müşayət olunur

13` - Adamiyanın cərimə meydançasının üzərindən zərbəsi qapının üsündən keçdi

17` - `Ska-Enerji` hesabı açdı. Sərbəst vuruşdan sonra ruslar başla dəqiq oynadılar

25` - Oyunda komandamız topu saxlamağa cəhd edir.

29` - Komandamızın real qol şansı. Lakin, Əfranın zərbəsi dirəyin yanından keçdi

35` Komandamız yenidən ərazi üstünlüyünü ələ keçirib

40` - Nəhayət, qolumuz da gəldi. Aqollinin sol cinahdan ötürməsi zamanı Əfran hesabı bərabərləşdirdi, 1:1

45` - İLk yarı başa çatdı, 1:1

46` - `Qarabağ`ımız 2-ci yarıya dəyişikliklə başlayır. Raufun yerinə Vüqar meydana daxil olur.

48` - Daha bir maraqlı vəziyyət.  Künc zərbəsindən sonra müdafiəçilər qapıya gedən topu əllə saxlasalar da hakim penalti vermir

51` - Komandamız cərimə zərbəsi qazanır. Rəşad Sadıqov 35 metrdən zərbə endirir, top dirəkdən dönür

54` -  Daha bir qol şansı. Əfran sağ cinahdan başla ötürmə versə də, Vüqar boş qapı önündə topa toxuna bilmədi

60` -  Komandamızda dəyişiklik baş verir. Rəşad Sadıqov, Əfran, Namiq, Adamiya meydanı tərk etdi. Nedzipi, Elvin, Zaur, Rubins meydana daxil oldu.

62` - Vüqar növbəti dəfə qapıçını sınağa çəkir, amma qolkiper dəqiq oynayır

64`  - Bojanın yerinə Fərhad oyuna daxil olur

70` - Oyun yenidən mərkəzdə gedir

75` - QOL! Oyuna sonradan daxl olanlar 2-ci qolu təşkil edirlər. Rubinsin sol cinahdan ötürməsi  zamanı Nedzipi cərimə meydançasının üzərində topu saxlamadan tora göndərir, 2:1

80` - Daha bir QOL!!! Vüqar cərimə meydançasından təxminən 5 metr geridən topu düz `9`luğa göndərdi, 3:1

90` - Bitdi. `Qarabağ`ımız `Ska-Enerji`ni 3:1 məğlub etdi

Paylaş

// pop up