`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir. FOTOLAR
`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir. FOTOLAR
`Qarabağ`ımız `Visla` ilə oyuna hazırdır. Avropa Liqasının 3-cü turunda Krakov klubunun qonağı olacaq komandamız bu gün saat 20:00-da (Bakı vaxtı ilə23:00-da) oyunun keçiriləcəyi Hutnik stadionunda sonuncu məşqinə çıxdı. Təxminən 1 saat davam edən məşq yüksək əhval-ruhiyyədə keçdi.
Onu da qeyd edək ki, gün ərzində Krakovda qeyri-sabit hava şəraiti davam edib. Aramsız yağan leysan yağışı günorta saatlarında səngisə də, axşamdan etibarən yenidən yağış başladı. `Qarabağ`ımızın məşqində də çiskin yağışı davam edirdi.
`Qarabağ`ımızın məşqi yüngül isinmə hərəkətərinin ardından `kvadrat`la davam etdi. Son da isə 2 qaplya oyun oynanıldı. `Qarabağ`ımızın məşqinin ilk 15 dəqiqəsini yerli jurnalistlər də izlədi.
Xatırladaq ki, komandamız sabah 20:00-da (Bakı vaxtı ilə23:00-da) `Visla` ilə qarşılaşacaq. Oyun Aztv ilə canlı yayımlanacaq.