`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir
15 İyl 2010
`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir
`Qarabağ` artıq Avroliqanın 2-ci turunda qarşılaşacağı `Portadun`la ilk matçın son hazırlığını başa vurdu. Məlum səbəblərdən Şimali İrlandiyaya gec yollanan komandamız bu gün yerli vaxtla 10:30-da oyunun keçiriləcəyi `Şamrok Park`da 45 dəqiqəlik məşqə çıxdı. Baş məşqçimiz Qurban Qurbanovun başçılığı altında keçirilən çalışma yüngül isinmə hərəkətləriylə keçdi.
Məşqdən öncə futbolçularla danışan Qurban müəllim futbolçulara şad xəbər verdi. Artıq bütün yorğunluğa baxmayaraq komandanın motivasiyası da var. Belə ki, komandamızın liderlərindən olan Rəşad Sadiqov dünən gecə həyatında ilk dəfə atalıq sevincini yaşayıb. Futbolçuların alqış sədaları altında Qurban müəllim Rəşadı təbrik etdi.
Beləliklə, yenidən otelə yollanan komandamız oyun saatını gözləməyə başlıyır. Komandamızın yerli vaxtla 19:45-də (Bakı vaxtıyla 23:45-də) `Portadaun`la görüşü saytımız vasitəsiylə anbaan sizlərə təqdim olunacaq.