`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir

single-news
19 Avq 2010

`Qarabağ` son məşqini etdi, oyun saatını gözləyir



`Qarabağ`ımız artıq Dortmund `Borussiya`sı ilə oyuna hazırdır. Bu gün komandamız 20:15-də oyunun keçiriləcəyi `Siqnal İduna Park`da sonuncu çalışmasını yerinə yetirərək oyun saatını gözləməyə başlayıb.  Təxminən 1 saat 10 dəqiqə davam edən çalışma zamanı komandamızın çalışdırıcısı Qurban Qurbanov futbolçuları elə də çox yormayıb. Yüngül isinmə hərəkətlərinin ardından 3 qrupa bölünərək `kvadrat` oynayan komandamızın əhval-ruhiyyəsinin əla olduğu nəzərdə qaçmayıb. Sonra isə 2 yerə bölünən komandamız 2 qapıya futbol oynayıb.
Məlum olduğu kimi, U-21-in düşərgəsində olan Tural İSgəndərov və Qara Qarayevin komandamıza qoşulmasıyla futbolçularımızın sayı 22-yə yüksəlib. Komandamızda sadəcə Əfran İsmayılov məlum səbəblərdən play-off mərhələsindən uzaq düşüb.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsində baş tutacaq `Borussiya`  - `Qarabağ` oyunu yerli vaxtla 21:05-də (Bakı vaxtıyla 00:05) keçiriləcək.

Paylaş

// pop up