`Qarabağ` son məşqini etdi və oyun saatını gözləyir...

single-news
16 İyl 2009

`Qarabağ` son məşqini etdi və oyun saatını gözləyir...



`Qarabağ`ımız artıq `Rosenborq`la oyuna hazırdır. Bu komandamız oyunun keçiriləcəyi Lokrendal arenasında sonuncu məşqinə çıxdı. Oyunun başlanacağı saatda – yerli vaxtda 19:00-da baş tutan məşq 1 saat davam edib. Yüngül tempdə davam edən çalışmada futbolçuların istəkli olması diqqətdən qaçmayıb.
Bu arada yerli mediada `Qarabağ`a diqqət böyükdür. Xüsusilə, kapitan Aslan Kərimovun klubun rəsmi televiziyası RBKTV-yə Qarabağ problemi haqqında danışması böyük maraq oyadıb. Təsadüfi deyil ki, həm `ROSENBORQ`la bağlı mediada həm də müstəqil mediada işğal olumuş Qarabağın AĞDAM şəhərini təmsil edən `Qarabağ` komandasının BAKIDA məskunlaşmasından bəhs olunub.
Komandamız sabah kı, oyun üçün tək ürək olub. Təsadüfi deyil ki, tam heyətlə Norveçə yollanan komandamıza İstanbuldan eyni zamanda komandaya inam və dəstək naminə `Azersun` Holding` şirkətlər qrupunun prezidenti Fevzihan Aras da qoşulub.

Fevzihan bəy daim komandanın yanında olaraq dəstəyini əyani olaraq görsədir.

Komandamız sonda bütün heyətlə yerli obyektivlərlə foto çəkdirilməsinə şərait yaradıb.
Sabah Bakı vaxtıyla 22:00-da başlayacaq oyunu saytımız vasitəsiylə anbaan izləyə bilərsiniz...

Paylaş

// pop up