"QARABAĞ" SÖZÜNÜ MEYDANDA DEYƏCƏK...
19 Apr 2005
"QARABAĞ" SÖZÜNÜ MEYDANDA DEYƏCƏK...
21 noyabr 2004 -cü il...
Bu gün yaddaşlarda 13-cü Milli çempionatımızın tarixində ən səsli- küylü qarşılaşma kimi qaldı. Bunun da səbəbi "Qarabağ"ın 90+2 dəqiqədə rəqib qapısından keçirdiyi qələbə topu idi.
Yandan ötürməni mükəmməl baş zərbəsi ilə qapıya yönəldərək qapıçıya heç bir şans verməyən Vadim Vasilyev komandasına qələbə qazandırdı. Hər şey də bundan sonra başlandı...
Sonradan haqq- ədalət öz yerini tutdu. Dəfələrlə matçın videoyazısını izləyən AFFA-da vurulmuş zərbənin qaydalar çərçivəsində olduğunu təstiq etdi. Yan hakim Habil Əliyevin qərarında haqlı olduğu isbatlandı. Ona qarşı "Karat" tərəfindən göstərilən təzyiqlər, hətta yumruq zərbələri də onu bu qərardan döndərə bilmədi. "Karat"ın üç oyunçusu- Ruslan Quliyev, Vüqar İsayılov və Samir A.Məmmədov mövsümün sonunadək cəzalandı, "Karat"a isə texniki məğlubiyyət verildi.
Mətbuatda isə "Karat" yenə də hədə qorxu gəlir: "Onların başına elə oyun açacağıq ki..."- Baş məşqçiləri Hacıbala Abdullayev belə deyir..- " "Qarabağ"ı məğlub etmək tam fərqli hissdir.Onlarla matçda maksimim gücümüzdən istifadə edəcəyik..."
Onlar yalnız danışır...
Biz isə nəyə qadir olduğumuzu "Şəfa" stadionunda saat 17:00 tarixində göstərəcəyik. Biz heç kimə heç nə sübut etməyəcəyik.
Biz yalnız FUTBOL oynayacağıq...
"QARABAĞ"IN ADI XATİRİNƏ....