`Qarabağ` - `Streymur` 0:0. Komandamız III mərhələdə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` - `Streymur` 0:0. Komandamız III mərhələdə
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Qoran Spirkoski, İqor Şirilov, Kiril Neqrieski, Petar Veljanovski (hamısı Makedoniya).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
UEFA nümayəndəsi: Marinus Den Enqelsman (Hollandiya).
`QARABAĞ`: 99.Boyan Pavloviç, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov (k), 7.Namiq Yusifov, 11.Rauf Əliyev, 14.Rəşad Sadıqov, 17.Vüqar Nadirov, 22.Əfran İsmayılov, 24.Admir Teli, 25.Ansi Aqolli, 77.Georgi Adamiya
Ehtiyat oyunçular: 1.Fərhad Vəliyev, 2.Qara Qarayev, 4.Zaur Həşimov, 9.Bəxtiyar Soltanov, 10.Emin İmaməliyev, 18.İlqar Qurbanov, 20.Nderim Nedzipi
Baş məşqçi: Qurban Qurbanov
`STREYMUR`: 1.Rene Torqard, 2.Aleks dos Santos, 3.Pauli Hansen, 4.Gert Hansen, 6.Petue Dam Yakobson, 7.Levi Hansen, 8.Eqil Bo (k), 11.Hans Pauli Samuelson, 14.Daniel Udsen, 22. Arnbyorn Hansen, 23.Leyf Niklasen
Ehtiyat oyunçular: 30.Yoan Paolo Yakobson, 5.Pol Qrunveit Olsen, 9.Arnat Dam, 10.Vasile Angel
1`- `Qarabağ` oyuna başlayır
3`- Raufa qarşı kobudluq, hakim cərimə zərbəsi təyin edir
4`- Rəşad Sadixov cərimə zərbəsini yerinə yetirirç qapıya doğru zərbə, top müdafiəçilərə dəyərək meydandan çıxır
5`- Vüqar künc zərbəsini yerinə yetirir, lakin top heç kimə dəyməyərək meydandan çıxır
6`- Komandamızın sürətli əks hücumu... Əfran sürətlə irəliləyir, lakin o topu itirir
8`- `Qarabağ` hücumu... qapıya doğru ardıcıl zərbələr, lakin top qapıya girmir. Rəqib əllə oynasa da, hakim bunu görmür
9`- Adamiya rəqiblərini keçir, lakin o son anda topu itirir
11`- Daha bir hücumumuz... qapıçı vaxtında önə çıxaraq topu tutur
14`- Əfrandan gözəl hərəkətlər.. Əfran 3 rəqibini keçir və Adamiyanın qapıya doğru qüvvətli zərbəsi, lakin top qapıdan aralı keçir
15`- Adamiyaya qarşı qayda pozlur. Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, lakin top müdafiəçilərə dəyir
17`- Oyun `Qarabağ`ın ərazi üstünlüyü ilə gedir
20`- Komandamızın daha bir təhlükəli hücumu.. Əfrana ötürmə, lakin Əfran ofsayta düşür
22`- Adamiyadan gözəl hərkətlər, o rəqiblərini keçir, lakin onun ötürməsinə çatan olmur
25`- Vüqar Nadirovun qapıya doğru zərbəsi, lakin top qapının yanından keçir
26`- Aqollinin uzaqdan qapıya doğru zərbəsi, lakin top çox az fərqlə qapının yanından keçir
30`- Vüqara qarşı kobudluğa görə Gert Hansen sarı vərəqə alır
31`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, Raufun zərbəsi, lakin top qapıçıdan dönür
32`- Növbəti hücum... Əfranın gözəl ötürməsi, lakin ötürmə sürətli olur, Vüqar topa çatmır
35`- `Steymur` oyunçusu zədələnir və ona tibbi yardım göstərilir
36`- Daha bir təhlükəli hücumu.. Əfran sürətlə irəliləyir, onun qapıya doğru zərbəsi, lakin qapıdan dönür. Dönən topa Adamiyanın zərbəsi, lakin top qapının üstündən keçirş demek olar ki, yüz faizlik qol şansından istifadə edə bilmirik
38`- `Qarabağ` rəqibi digər yarım sahəyə sıxıb
40`- `Steymur` cərimə zərbəsini yerinə yetirir və top uzaqlaşdırılır
44`- Əfranın qapı qarşısına ötürməsi, Raufun zərbəsi və top qapıdan keçir. lakin hakim Raufun ofsaytda olduğunu bildirir və hesab qeyde alınmır
45+2`- İlk hissə bitir
46`- İkinci hissəyə `Steymur` başlayır. Dərhal komandamız topu ələ keçirir. Əfranın qapıya zərbəsi, lakin son anda müdafiəçilər zərbəyə mane olur
48`- Rəşad Sadiqovun gözəl ötürməsi, Adamiyanın qapıya zərbəsi, lakin top qapıçıda qalır. Adamiya daha bir qol şansında istifadı edə bilmir
50`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə və top canlı səddə dəyir
51`- Əfran rəqiblərini keçərək sürətlə irəliləyir, lakin onun qapı qarşısına ötürməsi sürətli olur
56`- Rəşad Sadiqovun Adamiyaya gözəl ötürməsi, Adamiyanın qapıya doğru zərbəsi və top az fərqlə qapının yanından keçir
58`- Növbəti hücum.. Qapı qarşısına ötürmə, lakin top qapıya göndərmək üçün heç kim olmur
61`- Oyunda temp bir qədər düşüb
66`- `Steymur` oyunçusu Levi Hansen sarı vərəqə alır
67`- `Qarabağ` hücumu... Əfranın qapıya zərbəsinə müdafiəçilər mane olur
70`- Əfran rəqiblərini keçir, onun qapı qarşısına ötürməsi, Raufun zərbəsi qapıçıdan dönür
73`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Vüqar Nadirovu Nedzipi əvəzləyir
76`- Raufun ötürməsi və Nedzipinin uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının yanından keçir
78`- Rəşad Sadiqova qarşı qayda pozulur və Hakim cərimə zərbəsi təyin edir. Rəşad Sadıxovun qapıya doğru qüvvətli zərbəsi və top qapının üstündən keçir
79`- Növbəti hücum... lakin Rəşad Sadiqovun ötürməsi sürətli olur
82`- `Steymur`da oyunçu dəyişikliyi... Leyf Niklaseni Arnat Dam əvəzləyir
84`- Aqollinin uzaqdan qapıya doğru zərbəsi, lakin top rəqibə dəyərək meydandan çıxır
87`- Rauf qapıya doğru zərbə endirmək üçün gecikir və onun zərbəsi qapının çox az fərqlə yanından keçir
89`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Əfran İsmayılovu İlqar Qurbanov əvəzləyir
90` İlk hissəyə 3 dəqiqə əlavə olunur
90+2`- İlqar Qurbanovun qapı qarşısına ötürməsi, lakin topa çatan olmur
90+3`- Hakim oyunun bitdiyini bildirir..
Beləliklə, `Qarabağ`ımız növbəti tura vəsiqə qazanır