`Qarabağ` - `Streymur` matçının biletləri artıq satışda

single-news
18 İyl 2011

`Qarabağ` - `Streymur` matçının biletləri artıq satışda



Avroliqanın 2-ci mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq  `Qarabağ` - `Streymur` matçının biletləri artıq satışa çıxarılıb.  İlk oyunda Farer adaları təmsilçisi ilə 1:1 bərabərə qalan komandamızın oyununa biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionun kassalarından, eyni zamanda `BöyükFırat` restoranlar şəbəkəsindən əldə edə bilərsiz.
Bilətlərin qiyməti sektorundan asılı olmayaraq (1-dən 28-ə qədər)  1 AZN, VİP D isə 10 AZN-dir. 29-32-ci sektorlar isə dəvətnamə şəklindədir.
Xatırladaq ki, Avroliqanın II mərhələsinin `Qarabağ`  - `Streymur`  cavab oyunu İyulun 21-i  saat 21:00-da keçiriləcək.

Paylaş

// pop up