"QARABAĞ" "SÜLH" BAĞLADI (FUTBOL DÜNYASI, 10.10.2006)

10 Okt 2006
"QARABAĞ" "SÜLH" BAĞLADI (FUTBOL DÜNYASI, 10.10.2006)
Milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən bəzi klublarımızın baş məşqçiləri yoxlama-sınaq matçı keçirməklə heyətdəki boşluqları ortaya çıxarmağa çalışır. Bir neçə gün əvvəl ikinci komandasını 7:1 hesaı ilə məğlub edən "Qarabağ" dünən "Gənclərbirliyi"ni sınağa çəkib. Əfqan Talıbovun gedişindən sonra ilk dəfə meydana baş məşqçisiz çıxan Sumqayıt təmsilçisi ilk yarını Zaur Əsədovun qolundan sonra qalib başa vurub - 0:1.
İkinci hissədə Ağdam təmsilçisi Kənan Kərimovla hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə sona çatıb.
Sumqayıt klubunun vitse-prezidenti Vaqif Cavadovdan aldığımız məlumata görə, "Gənclərbirliyi"nin çalışdırıcı probleminin bu həftənin sonuna qədər həll edilməsi nəzərdə tutulub.