`Qarabağ` - `Sumqayıt şəhər`. 3:0. Komandamız 1/4 finalda

single-news
30 Noy 2011

`Qarabağ` - `Sumqayıt şəhər`. 3:0. Komandamız 1/4 finalda



`QARABAĞ`:  Boyan Pavloviç, Zaur Haşimov, Maksim Medvedev, Namiq Yusifov, Rəşad Sadiqov, Bəxtiyar Soltanov, İlqar Qurbanov, Əfran İsmayılov, Admir Teli, Adamiya, Roşa
Oyun başlamazdan əvvəl Aslan Kərimova vida mərasimi keçirilir.

1`- Oyuna `Sumqayıt Şəhər` başlayır
3`- `Qarabağ` hücumu... Baxtiyar Soltanovun qapıya zərbsi, lakin qapıçı topu dəf edir
6`- Adamiya cərimə meydançasına daxil olur, lakin o qapıya zərbə endirmək üçün gecikir
10`- Daha bir hücum... Əfran sürətlə irəliləyir, lakin o rəqiblə mübarizədə topu itirir
14`- Oyun `Qarabağ`ın tam ərazi üstünlüyü ilə gedir
16`- Ardıcıl 2 təhlükəli hücum... Roşanın Bəxtiyara ötürməsi, Bəxtiyarın qapıya doğru zərbəsi, top qapının yanından keçir
19`- Roşanın ötürməsi, Bəxtiyar Soltanovun zərbəsi və top qapıdan keçir. QOOOL!
23`- `Qarabağ`ın hücumu... Roşanın daban ötürməsi, Əfranın zərbəsi və top qapıdan keçir. QOOOL! Hesab 2:0
27`- Komandamızın hücumu... Adamiya irəliləyir, lakin rəqiblə mübarizədə topu itirir
31`- Əfran cərimə meydançasına daxil olur, lakin o topu bir qədər irəli buraxır və topu itirir
34`- Roşadan cərimə meydançasına gözəl ötürmə, lakin Bəxtiyar 100 faizlik qol şansından istifadə edə bilmir
38`- Əfrancrəimə meydançasına daxil olur, onun Adamiyaya ötürməsi, lakin rəqib topa daha tez çatır
40`- Daha bir hücum... Roşa və QOOOL! Hesab 3-0
44`- Maksimin qapı qarşısına ötürməsi, lakin Bəxtiyar topa toxuna bilmir
45`- İlk hissə bitir
46`- İkinici hissəyə `Sumqayıt Şəhər` oyunçu dəyişikliyi başlayır
50`- Oyun `Qarabağ`ın tam ərazi üstünlüyü ilə gedir
53`- Bəxtiyar Soltanovdan qapıya doğru qüvvətli zərbə, lakin qapıçı topu dəf edir
57`- Admiyadan Bəxtiyar Soltanova ötürmə, lakin Bəxtiyar zərbə üçün bir qədər gecikir
60`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Əfranı Vüqar Nadirov əvəzləyir
66`- `Sumqayıt Şəhər` hücumu... Pavloviç topu dəf edir
70`- `Sumqayıt Şəhər`də oyunçu dəyişikliyi..
71`- `Qarabağ`da oyunçu dəyişikliyi... Rəşad Sadiqovu Nderim Nedzipi əvəzləyir
73`- `Qarabağ`ın ardıcıl təhlükəli hücumları... Əvvəlcə Roşanın, daha sonra Vüqarın qapıya doğru qüvvətli zərbəsini qapıçı çətinliklə dəf edir
74`- Roşa künc zərbəsini yerinə yetirir, Zaurun qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
76`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Adamiyanı Tural İsgəndərov əvəzləyir
79`- `Sumqayıt Şəhər` oyunçusu sarı vərəqə alır
84`- `Qarabağ` hücumu.. Tural sürətlə irəliləyir, cərimə meydançasına daxil olur, lakin o zərbə endirmək üçün gecikir
88`- Roşa 2 rəqibini keçir, lakin topu bir qədər özündən irəli buraxır və topu itirir
90`- İkinci hissəyə 2 dəqiqə əlavə olunur
90+1`- `Sumqayıt Şəhər` künc zərbəsini yerinə yetirir və top meydandan çıxır
90+2`- Oyun bitir və `Qarabağ`  kubukun ¼ final mərhələsinə vəsiqə qazanır

Paylaş

// pop up