“Qarabağ” Sumqayıtdan böyükhesablı qələbə ilə dönür

single-news
8 Dek 2023

“Qarabağ” Sumqayıtdan böyükhesablı qələbə ilə dönür



 “Sumqayıt” – “Qarabağ” – 1:6

8 dekabr 2023. Saat 19:30. “Kapital Bank Arena”, 1300 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Teymur Teymurov

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Rauf Cabarov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqə: Tresor Mossi, 85 (qeyri-idman hərəkəti)

Qollar: Erik Sorqa, 43 // Leandro Andrade, 21, 73; Olavio Juninyo, 29; Abdullah Zubir, 34; Yassin Benzia, 58; Hamidu Keyta, 86

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.

 

“Qarabağ” Misli Premyer Liqasının XVI turunda “Sumqayıt” ilə görüşüb. Matç “Kapital Bank Arena”da təşkil olunub.

 

Oyun komandamızın üstünlüyü ilə keçib. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “Qarabağ” ardıcıl hücumlar təşkil edib. Marko Yankoviçin zərbəsindən sonra top dirəkdən dönüb, Marko Veşoviçə isə dəqiqlik çatmayıb.

 

Meydan sahiblərinin müqaviməti hissənin ortalarında qırılıb. Komandamız 13 dəqiqəyə üç qol vurub. Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir rəqib qapısına yol tapıblar. “Sumqayıt” hissənin sonlarında fəallığı artırsa da, komandamız rəqibin önünü inamla alıb. Meydan sahibləri fasilə öncəsi yalnız bir qol vura bilib.

 

İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Sumqayıtlılar oyunda dönüş yaratmağa çalışsalar da, “Qarabağ” təşəbbüsü əldən verməyib.

 

Hissənin əvvəlində Olavio Juninyo əlverişli epizodu qaçırıb. Ardınca Yassin Benzia baxımlı qola imza atıb. Hakimin final fitinə qədər komandamız daha iki qol vurub. Leandro Andrade dublunu rəsmiləşdirib.

 

Patrik Andradenin də fərqlənmək imkanı olsa da, bu epizoddan yararlanmayıb. Görüşün sonlarınadək rəqibin önünü inamla alan “Qarabağ” Hamidu Keytanın qolu ilə fərqi 5 topa çatdırıb. Ağdam klubu bununla da Premyer Liqada ardıcıl 5-ci qələbəsini əldə edib.

 

“Sumqayıt”

1. Mehdi Cənnətov

6. Vüqar Mustafayev (k)

7. Rövlan Muradov

17. Murad Xaçayev

8. Səbuhi Abdullazadə

19. Roi Kehat

(35. Sənan Muradlı, 86)

12. Abu Dosso

10. Kamran Aliev

(21. Nihad Əhmədzadə, 76)

9. Erik Sorqa

(30. Kamran Quliyev, 61)

71. Masaki Murata

60. Tresor Mossi

 

Ehtiyat oyunçular:

 

36. Xəyal Fərzullayev

20. Ayxan Süleymanlı

41. Uğur Cahangirov

58. Oktavio Manteka

 

Məşqçi: Mübariz Orucov

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

(5. Maksim Medvedev, 71)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

29. Marko Veşoviç

(7. Yassin Benzia, 41)

10. Abdullah Zubir

(2. Mateus Silva, 71)

8. Marko Yankoviç

18. Olavio Juninyo

6. Julio Romao

(66. Patrik Andrade, 71)

15. Leandro Andrade

(17. Hamidu Keyta, 79)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

90. Nəriman Axundzadə

11. Adama Diakabi

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

Paylaş