`Qarabağ` `Sumqayıt`la oyuna hazırdır

single-news
18 Avq 2012

`Qarabağ` `Sumqayıt`la oyuna hazırdır



`Qarabağ`ımız `Sumqayıt`la oyuna hazırdır. Bugün sonuncu məşqini edəcək komandamız `şəhərli`lərlə oyun üçün təlim-məşq toplanışına yığışıb. Komandamızda III tur öncəsi Əfran İsmayılovun zədə səbəbindən oyunu buraxacağı məlumdur. Əvəzində Vaqif Cavadov sıraya dönüb.
`Qarabağ`ımız `Sumqayıt` üzərində qələbə qazanaraq rəqibi üzərində premyerliqada ilk qələbəsini qazanmaq istəyir. Xatırladaq ki, ötən mövsüm bu rəqibi  hər 2 oyunda yenə bilməmişdik.
Qeyd edək ki, `Sumqayıt` - ``Qarabağ` oyunu Avqustun 19-u, bazar günü saat 18:00-da Sumqayıtın mərkəzi arenasında baş tutacaq.

Paylaş

// pop up