«Qarabağ» Suraxanı stadionunda növbəti dəyişikliyə hazırlaşır (qol.az)

single-news
6 Dek 2010

«Qarabağ» Suraxanı stadionunda növbəti dəyişikliyə hazırlaşır (qol.az)



«Qarabağ» klubu icarəyə götürdüyü Tofiq İsmayılov adına Suraxanı qəsəbəsi stadionunda yenidənqurma işlərini davam etdirəcək. Bu haqda Qol.Az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Qeyd edək ki, ot örtüyü bərbad vəziyyətdə olan sözügedən arenanın qazonu bərpa olunaraq ideal vəziyyətə gətirilib.
Əmrah Çəlikəlin sözlərinə görə, bununla bağlı işlər bir ay ərzində aparılıb: «Xüsusilə qeyd etmək istəyirəm ki, bütün bu işləri əcnəbilər deyil, məhz yerli mütəxəssislərimiz həyata keçiriblər. Toxum Hollandiyadan, torpaq isə Şamaxı və İsmayıllıdan gətirilib».
Ə.Çəlikəl meydançayla bağlı işlərin hələ bundan sonra da davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, gələn ilin yanvar ayında, ölkə çempionatında yaranacaq fasilə zamanı futbolçuların rahatlığı üçün meydançanın hər dörd tərəfi daha iki metrlik genişləndiriləcək.
Gələn ilin yayında isə stadionun tribunalarının yenidən qurulması istiqamətində işlərə başlanacaq.

 

Paylaş

// pop up