"Qarabağ" Suraxanıya qayıdır (FUTBOL+, 10.11.2005)

single-news
10 Noy 2005

"Qarabağ" Suraxanıya qayıdır (FUTBOL+, 10.11.2005)



"Xəzər-Lənkəran-2"-ylə kubok oyunundan sonra futbolçularına birgünlük istirahət verən "Qarabağ" həftənin əvvəlindən hazırlığını davam etdirir. Ağdamlılar Buzovna qəsəbə stadionunda məşqlərini sürdürür. Son vaxtlar zədəli olan Samir Musayevlə Blajenko Bekovaçın durumu artıq yaxşılaşıb və onlar qrup halında çalışmalarda iştirak edir. "Qarabağ"ın Tofiq İsmayılov adına Suraxanı qəsəbə arenasına dönüşünün qarşıdakı tura təsadüf edəcəyi gözlənilir. Belə ki, adıçəkilən stadionda təmir işləri yekunlaşmaq üzrədi və "Qarabağ" "Göyəzən"lə "ev" oyununu məhz orda keçirmək niyyətindədi.

Paylaş