`Qarabağ` tam heyət, 2 məşq, Reynaldo ilə..

single-news
13 Fev 2013

`Qarabağ` tam heyət, 2 məşq, Reynaldo ilə..



`Qarabağ`ımız `Sumqayıt`la oyunun hazırlıqlarına başladı. Premyerliqanın XX turunda `Gənclik şəhəri`nin təmsilçisini qəbul edəcək `Qarabağ`ımız bugün 2 məşq yerinə yetirəcək. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov `Qəbələ`ylə sonuncu turun görüşündən sonra əsas heyətdə meydana çıxanlara 1 günlük istirahət vermişdi.
Artıq 11:00-da `Qarabağ`ımız ilk məşqinə yollanıb. `Qarabağ`ımızda bütün futbolçuların sıraya dönməsi üzləri güldürür.  `Qarabağ`ımızın supertransferi Reynaldo da artıq məşqlərdə iştirak edir. Artıq `Anderlext`dən transfer etdiyimiz yarımmüdafiəçi Belçikadan geri dönərək komandamızla çalışmalara başlayıb.
Qeyd edək ki, `Qarabağ` - `Sumqayıt` oyunu Fevralın 16-sı, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş

// pop up