`Qarabağ` tam heyətlə
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
16 Avq 2012
`Qarabağ` tam heyətlə
`Qarabağ`ımız `Sumqayıt`la oyunun hazırlıqlarını davam etdirir. Artıq 3 gündür III turun görüşünə milli oyunlar səbəbindən tam heyətlə yerinə yetirə bilməyən komandamız bugündən millilərinə qovuşur. Əsas milliyə göndərdiyimiz 5 milli futbolçuyla yanaşı 4 futbolçumuz U-21 üçün `Estoniya ilə oyuna görə düşərgəmizi tərk etmişdi. Albaniya - Moldova (0:0) görüşündə meydana çıxan Ansi Aqolli isə sabah məşqə çıxa biləcək. 9 yerli milli futbolçumuz isə bu axşam Suraxanı qəsəbə stadionunda 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov fizioterapevtimiz Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.
Xatırladaq ki, `Sumqayıt` - `Qarabağ` oyunu 19 Avqust Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.
Xatırladaq ki, `Sumqayıt` - `Qarabağ` oyunu 19 Avqust Sumqayıtın mərkəzi arenasında saat 18:00-da keçiriləcək.