`Qarabağ` tam heyətlə
16 Noy 2012
`Qarabağ` tam heyətlə
`Qarabağ` `Simurq`la oyunun hazırlıqlarını davam etdirir. Premyerliqanın XIII turunda Zaqatala təmsilçisini qəbul edəcək `Qarabağ`ımız bugünü tək məşqlə keçirib. Günün yeganə çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. `Qarabağ`ımız eyni zamanda ilk dəfə tur üçün tam heyətlə çalışma şansı əldə edib. Belə ki, millilərdən dönən futbolçularımız bugün komandayla çalışıb.
Qeyd edək ki, `Qarabağ` - `Simurq` matçı bazar günü, Noyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 16:00-da baş tutacaq.
Qeyd edək ki, `Qarabağ` - `Simurq` matçı bazar günü, Noyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 16:00-da baş tutacaq.
