`Qarabağ` tam heyətlə...

single-news
16 Dek 2009

`Qarabağ` tam heyətlə...



`Çempionatın lideri `Qarabağ`ımız XVI turun qarşılaşması üçün hazırlıqlarını davam etdirir. Bazar günü `Simurq`u qəbul edəcək komandamız günü tək hazırlıqla başa vurub. Ümumiyyətlə, bu vacib mac öncəsi komandanın problemlərin aradan qalxması texniki heyəti sevindirir. Belə ki, son 2-3 turda zədə və cəza səbəbindən optimal şəkildə çalışa bilməyən komandamız artıq bütün probləmləri arxada qoyub. Belə ki, zədə səbəbindən sadəcə `Standard`la oyunun 2-ci yarısında meydana çıxan Elvin Məmmədov formasını bərpa etmək üzrədir. Eyni səbəbdən son 2 macı buraxan Rəşad Sadiqov da artıq şansını gözləyir. Zədəsini sağaldan lakin xəstəlik səbəbindən sonuncu oyunu buraxan Rəşad Sadıqov da artıq kollektivlə məşqlərə çıxır və oynamaması üçün heç bir səbəb yoxdur. Beləliklə, cümə günü Ağdama yola düşəcək komandamız `Simurq`la oyuna nikbin əhval-ruhiyyədə çıxacaq.

Paylaş

// pop up