`Qarabağ` tam sürət...

single-news
20 İyl 2010

`Qarabağ` tam sürət...



`Qarabağ`ımız `Portaduan`la Avropa liqasının 2-ci turunun cavab qarşılaşmasının hazırlıqlarını davam etdirir. Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqlərini sürdürən komandamızda əhval-ruhiyyə yetərincə yüksəkdir. Son 2 oyunda komandamıza yardım edə bilməyən albaniyalı legionerlər Admir Teli və Ansi Aqolli baş məşqçimiz Qurban Qurbanovun şans verəcəyi təqdirdə şimali irlandlara qarşı oynaya biləcək. Portadunda ilk oyunda yüngül xəsarət alan Rəşad Sadıxov və Zaur Həşimovun ağrıları davam edir. Hər iki futbolçu kollektivlə çalışmalarda çıxış edir. Onların da taleyinə oyun günü aydınlıq gələcək.

Komandamız bu gün 19:30-da respublika stadionunda növbəti məşqini etməyi planlaşdırır. Komandamızın matçöncəsi sonuncu məşqi sabah 20:00-a nəzərdə tutulub.  

Paylaş

// pop up