`Qarabağ` tam sürətlə:`Əla formadayıq`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5169.jpg)
14 Apr 2011
`Qarabağ` tam sürətlə:`Əla formadayıq`
`Qarabağ`ımız Bakıyla oyunun hazırlıqlarına tam sürətlə davam edir. Gündə bir dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən komandamızda itki yoxdur. `Xəzər-Lənkəran`la baş tutmuş sonuncu oyundan öncə zədələnərək sıradan çıxan Devran Ayhan da sıraya dönüb. Artıq çalışmalarda tam gücüylə məşq edən türkiyəli yarımmüdafiəçinin meydana çıxması üçün heç bir problem yoxdu. Devranı dinləyək:``Xəzər-Lənkəran`la oyundan öncə sağ dizimdən zədə almışdım. Daha dəqiq desək, ayağıma qan yığılmışdı. Amma şükürlər olsun ki, indi problem aradan qalxıb. Tam sərbəst məşq edirəm. Oynamamağım üçün heç bir problem yoxdu.`
Devran çempionatın geridə qalan hissəsini də dəyərləndirib:`Olduqca gərgin çempionat keçir. Heç bir oyunun nəticəsinin öncədən deyə bilməzsən. `Qarabağ` olaraq əla formadayıq. Heyətimiz yetərincə genişdi. Son 2 oyunda qələbə qazana bilməsək də hər hansısa böhrandan danışmaq yersizdi. Özəlliklə, son oyunda heç də pis çıxış etmədik. Sadəcə qol vura bilmədik. Qarşıdan `Bakı`yla oyun gəlir. Bakı təmsilçisi cari mövsüm heç də qənaətbəxş çıxış etməsə də, təhlükəli komandadır. Qələbə qazanmaq istəyəcəklər. Ona görə də maraqlı oyun olacağını düşünürəm.`