"Qarabağ" tanınmış futbolçular alacaq (fanat.az)

single-news
11 Yan 2011

"Qarabağ" tanınmış futbolçular alacaq (fanat.az)



Əmrah Çəlikəl: "Avropa Liqasının qrup mərhələsinə düşməyə çalışacağıq"

Fanat: "İlqar Qurbanovu 6 aylıq icarəyə götürmüşük. Əgər özünü doğrultsa, mövsümün sonunda azad agent statusu ilə iki illik müqavilə bağlayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi yeni transferlərin olacağını bildirib: "Bununla kifayətlənməyəcəyik. Yeni oyunçuların da gəlişi gözlənilir. Üstünlüyü əsasən, təcrübəli və tanınmış futbolçulara verəcəyik. Bilirsiz ki, komandamız ardıcıl iki ildi avrokuboklarda uğurlu çıxış edir. Bunun davamını gətirmək üçün heyəti də güclü qurmaq lazımdı. Əvvəlcə Premyer Liqada uğur qazanmalıyıq. Bu dəfə fikrimiz daha ciddidi - Avropa Liqasının qrup mərhələsinə düşmək üçün çalışacağıq".

Paylaş

// pop up