"QARABAĞ" - TƏBİƏTİN QOYNUNDA....

single-news
1 May 2005

"QARABAĞ" - TƏBİƏTİN QOYNUNDA....



30.04.05. "Qarabağ" səfərə hazırlaşır. Bütün futbolçular, məşqçilər, texniki heyət "Azərsun" Holdingdə, "Qarabağ" FK-nun ofisindədir. Saat 9:45 - Maşın karvanı yola düşür. Klubun Vitse-Prezidenti Taher Gözelin təşəbbüsü ilə səfərə çıxan klub üzvlərinin hansı qeyri-adiliklərlə qarşılaşacağından heç kimi hələ xəbəri yoxdur... Bakını təzəcə çıxmışdıq ki, istiqamət dağ yollarına yönəldi. Artıq maşın yolundan əsər-əlamət yox idi. "Jeep"lərin birinin digərini qabaqlamaq istəyi rallini xatırladırdı.Keçılməz dağ çayları, hündür təpələr bir - birini əvəzləyirdi. Hər bir belə çətinliklə qarşılaşanda isə kimin daha asanlıqla bu səddi dəf edəcəyi maraqla izlənilirdi... Növbəti qarşımıza çıxan isə yerdə qaynayan vulkan oldu. Burada məşqçilərimizin biri məcburu "çətinliklə" üzləşdi... Üzü yaylaqlara tərəf irəlilədikcə qoyun sürülərinin mələşməsi, dağlar arasında qartalların qıy vurması təbiəti daha da gözəlləşdirirdi... ... Artıq 3 saata yaxın idi ki, dağ yollarında idik. Uzaqdan istirahət kompleksi görsəndikdə, əksəriyyət məhz ora gedəcəyimizi düşündü. Amma hamı yox, məhz əksəriyyət. Bu kompleksi də keçib, sıx meşəliklərdən hündür dağlara qalxmağa başladıq. Və.... ...Başı qarlı dağlar aşağıda qalmışdı. Biz ən uca dağ silsiləsində, güllü - çiçəkli yaylaqda idik. Bir tərəfdə təbiətin gözəlliyindən həzz alanlar, bir tərəfdə maşın yarışına çıxanlar, bir tərəfdə isə manqal yandıranlar. Hərə öz işində idi. Amma bu iş içdən gələn istəkdən doğan iş idi.. Axşama artıq az qalmışdı. Hamı istirahət edirdi. Futbol oynayanlar qolları sıralayır, Samir Musayev dağa "Qarabağ" adını həkk edir, Vadim başına gəlmiş maraqlı hadisələrdən danışır.. Atmacalar da öz yerində... ...Qayıdanda həmin istirahət kompleksinə də girdik. Burada Taher bəyin oğlunun futbolçularımıza "hədiyyə"sinin təqdimedmə mərasimi də oldu. Yerı gəlmişkən, Emrah bəyin oğlunun da bu gün ad günü idi. Klub üzvləri onu da təbrik etdilər... ...100 eşitməkdən bir görmək yaxşıdır.Bunu atalarımız deyib. Bunu əsas tutaraq, hamınızı Fotoqalereya bölməsində şəkillərə baxmağa dəvət edirik. Onda bu hisslərin sözlə ifadə edilməsinin nə qədər çətin olduğunu özünüz də hiss edəcəksiniz.

Paylaş