`Qarabağ` tək məşqlə

20 İyn 2014
`Qarabağ` tək məşqlə
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan komandamız günü tək çalışmayla keçirib. Komandamız saat 11-də Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. Komandamızın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komandamız 2 tərəfli oyun keçirib. Komandamızın məşqində sadəcə Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədir.
Sabah komandamız hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komandamız ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.
Sabah komandamız hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komandamız ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.