`Qarabağ` təlim-məşq toplanışına
29 İyn 2012
`Qarabağ` təlim-məşq toplanışına
`Qarabağ` ımız Türkiyəyə yollanır. 2012-2013 mövsümünün hazırlıqlarına başlayan komandamız Bakını tərk edir. Qardaş ölkəyə təlim-məşq toplanışına yollanan komandamız sabah 10:30-da Bakı – Ankara reysiylə hərəkət edəcək. Komandamız təlim-məşq toplanışının ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsindəki `Patalya` otelində məskunlaşacaq. Komandamızın Türkiyənin paytaxtında hazırlığı 2 həftə davam edəcək. İyulun 14-ü vətənə qayıdacaq komandamız ayın 17-sində təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. Yenə də qardaş ölkəyə yollanacaq komandamız bu dəfə Boluda məskunlaşacaq. Komandamız İyulun 29-na qədər təlim-məşq toplanışını davam etdirib Bakıya qayıdacaq.