“QARABAĞ” TƏLİM-MƏŞQƏ “GƏNCLİK”DƏ BAŞLADI . . .
10 Yan 2006
“QARABAĞ” TƏLİM-MƏŞQƏ “GƏNCLİK”DƏ BAŞLADI . . .
“Qarabağ” ikinci dövrənin hazırlıqlarına yanvarın 5-də başladı. Gündəlik bir dəfəlik məşqlərə başlayan klub üzvləri 5 gün ərzində istirahətdən sonra bərpa dövrü keçdilər.
Əsas hazırlığa isə, “Qarabağ” bu gündən başlayır. Klub Zaqulbadakı “Gənclik” sanatoriyasında məskunlaşaraq, 10 gün ərzində əsas hazırlıqlarını keçirəcək. Gündəlik iki dəfə məşq edəcək klub iki yoldaşlıq görüşündə də qüvvəsini sınamaq fikrindədir.
10 gün ərzində həm də, komandanın komplektləşdirmə prosesi gedəcək. Bu dövrdə Baş Məşqçi zəif gördüyü mövqeləri gücləndirmək üçün legioner və əsasən də yerli futbolçuları baxışdan keçirəcək. 20 yanvarda başa çatacaq təlim məşq prosesinin ilk mərhələsindən sonra, “Qarabağ” Antalyaya yollanaraq, bir neçə yoldaşlıq görüşü də keçirməyi düşünür.