"QARABAĞ" TENNİSBALLDA. VİDEO
"QARABAĞ" TENNİSBALLDA. VİDEO
“Qarabağ” komandası premyerliqanın son turunda qarşılaşacağı “Olimpik”lə matçın hazırlıqlarını davam etdirir. Xəbər verdiyimiz kimi 2 gün öncə test yerinə yetirməli olan komandamız dünən istirahət edib. Bu gündən etibarən isə, məqşlərini bərpa edən komandamız “Ruslan-93”də trenajor zalında məşq edib. Çox sakit əhval-ruhiyyədə olan futbolçular sonra 2- 3 nəfərlik qruplarla toplu hərəkətləri yerinə yetiriblər. Ardınca isə tennisball oynamağa başlayıblar. Bu dəfə isə əsl mübarizə qeydə alınıb. Belə ki, Aslan, Azər, Muraddan ibarət komanda ilk olaraq Zaur, Elşən, Ayxandan ibarət komandayla qarşılaşıb. Daha təcrübəli olan birincilər ilk partiaynı 21:16-lıq hesabla qalib gəlib. İkinci partiya isə daha rahat alınıb. Aslanın komandasının növbəti rəqibi məşqçilər olub. Müşviq Hüseynov, Mehmet Ak və Elşad Xudadatovdan ibarət komanda da ilk oyunun qaliblərinə tab gətirə bilməyiblər. Belə də böyük ümid bəslənən gənclər mübarizəyə qoşulublar. Lakin, Makisim, Bayram və Nodar ibarət kollektiv də qələbəyə həsrət qalıblar.
Xatırladaq ki, komandamızın növbəti məşqi sabah səhər saatlarında keçirilməsi planlaşdırılır.
"Qarabağ" tennisball oynayır..