“QARABAĞ” TƏQDİM ETDİ...FOTOQALEREYA

single-news
20 Fev 2008

“QARABAĞ” TƏQDİM ETDİ...FOTOQALEREYA



Bəli, əminliklə söyləyə bilərik. Belə bir tədbir Azərbaycan futbol tarixində baş tutmamışdı. Və bunu “Qarabağ” Futbol Klubu gerçəkləşdirdi...

Mükəmməl aora, bütün tələblərə cavab verən zal və inanılmaz dərəcədə müdhiş bir təqdimat. Bu tədbirdə kimlər yox idi.. “Azersun” Holding Şirkətlər qrupunun  vitse-prezidenti Taher Gözel, Şirkətlər qrupunun baş direktoru Fevzihan Aras, AFFA-rəhbərlərindən Əlləddin Ağayi, eyni zamanda yarışların təşkili və keçirilmə departamentinin sədri Məlik Həsənov, Azərbaycan milli komandasının baş məşqçisi Qoyko Hacıyevski, BFF-nin prezidenti Məzahir Süleymanzadə, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, “Çempion” qəzetinin baş redaktoru Ürfan Məmmədli, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və daha kimlər və kimlər... Eyni zamanda “Qarabağ” Futbol Klubunun hər 2 komandasının bütün heyəti də bu möhtəşəm təqdimatda iştirak edirdi...

Tədbir nəzərdə tutulduğu kimi saat 14:00-da başladı. “Qarabağ” Futbol Klubunun meneceri Asif Əsgərov mərasim iştirakçılarını salamlayaraq sözü, klubumuzun direktoru Emrah Çelikelə verdi. Əmrah bəy qısaca olaraq bu gün baş tutan toplantının məqsəd və mahiyyəti haqqında məlumat verdi. Direktorun çıxışından sonra söz  komandamızın baş məşqçisi Rasim Karaya verildi. Rasim hoca nitqində bu tədbirin əhəmiyyətindən və “Qarabağ” Futbol Klubunun gələcəkdə necə planlaşdırma aparmasından danışdı. Klubun gəncləşdirmə siyasəti aparmasınını nə qədər faydalı olduğunu və zamanla bu siyasətdən nəinki, “Qarabağ”ın eyni zamanda bütün ölkə futbolunun faydalanacağından danışdı. Tezliklə, klubun yeni bazasının tikiləcəyini və bazanın bir klub üçün nə qədər əhəmiyyətli olduğu haqqında danışdı.

Rasim Karanın ardından söz komandamızın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Aka verildi. Mehmet bəy böyük ekranda yayımlanan “slide-shou” ilə təxminən 45 dəqiqə tədbir iştirakçılarına “Qarabağ” Futbol Klubuna tətbiq etmək istədikləri proqramdan, gənclərin necə yetişdirmək lazım olduğundan, yeni tikiləcək bazadan, futbolun müasir tələblərindən, hər bir futolçu üçün tətbiq ediləcək çalışma metodlarından, 2 ay ərzində futbolçulara edilən testlər və onların nəticələri haqqında geniş və dolğun məlumat verdi.

Bu gün ərzində təqdim olunan sonuncu təqdimat deyildi. Mehmet bəyin ardından xitabət kürsüsünə “Azersun” Holding-in memarlarından Elbəy Bəşirli çıxdı. Elbəy müəllim, böyük ekranda “Qarabağ”ın yeni bazasının layihəsi haqqında məlumat verdi. İlk olaraq stadionlardan danışan mütəxəssis stadionla yanaşı 1-süni örtüklü olmaqla 3 yardımçı sahənin proyekti haqqında məlumat verdi. Stadionun 7-8 min azarkeş tutacağını lakin bunun daha da artırılacağının mümkün olduğunu bildirdi. Eyni zamanda qapalı meydançanın da olacağını və bunun klubların qış fasiləsi dönəmində rahatlıqla çalışmasına xidmət edəcəyini bildirdi. Eyni zamanda qapalı hovuz , voleybol, basketbol və tennis hətta gözəllik salonlarının olacağı haqqında ekrandakı layihədə yerlərini göstərərək məlumat verdi. Oteldə haqqında da danışan Elbəy müəllim mehmanxanın hər bir otağında olacaq şərəaitdən, hətta otapark haqqında da dinləyiciləri məlumatlandırdı.

Bəşirli nitqini bitirdikdən sonra “Qarabağ” Futbol Klubunun prezidenti Taher Gözel tribunaya qalxdı. Taher bəy təqdimatdan razı qaldığını bu sözlərlə ifadə etdi: “ Biz “Qarabağ” olaraq hər zaman gələcəyimizi düşünmüşük. Futbol bir oyun olsa da artıq onun tələbləri dəyişib. “Qarabağ” adı Azərbaycan üçün çox önəmlidir. Və biz bu adı hər zaman yaxşılıqla istifadə etmək istəyirik. Stadion tikmək problem eyil. Pul verib bunu etmək olar. Amma şəxsiyyət qazanmaq illər tələb edir. Və mən fəxr edirəm ki, “Qarabağ”da belə şəxsiyyətli futbolçularım var. Kapitan Aslan kimi Aslanlarım var. Görəcəksiniz, “Qarabağ” hər zaman öz nüfuzunu qoruyacaq. Və nəzərdə tutduğu planlarını həyata keçirəcək. Bunun üçün sadəcə vaxt lazımdır. Və bizlər bunu edəcəyik.” Taher bəyin çıxışı iştirakçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.

Tədbirin ikinci hissəsində isə mətbuat konfransı keçirildi. Taher Gözel, Əmrah Çelikel, Rasim Kara mətbuatın müxtəlif səpgili suallarına cavab verdi.  Ölkə futbol ictimayyətinin tanınmış şəxslərindən Məzahir Süleymanzadə belə bir tədbirin həyata keçirilməsinə səbəb olduqları üçün  klub rəhbərliyinə təşəkkür etdi. Məzahir bəy Azərbaycanda uzun müddətdir belə bir klub təfəkkürünün olmadığının və “Qarabağ” ilk dəfə bir klub olma yolunda addım atdığını bildirdi. Təxminən 45 dəqiqə davam edən mətbuat konfransından sonra bu möhtəşəm gün başa çatdı.

TƏQDİMATDAN GÖRÜNTÜLƏR  FOTOQALEREYA

Paylaş

// pop up