`Qarabağ` test verdi - fotolar

16 İyn 2013
`Qarabağ` test verdi - fotolar
`Qarabağ`ımız Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Gündə 2 dəfə məşq edən komandamız səhər çalışmasında test yerinə yetirib. Qış hazırlıq dönəmində olduğu kimi bu dəfə də düşərgəmizə təşrif buyuran Niğdə universitetinin idman araşdırmaları fakültəsinin əməkdaşları futbolçularımızın fiziki hazırlıqlarını yoxlayıblar. Emin Süelin başçılıq etdiyi araşdırma qrupunun verdiyi informasiyaya görə müəyənləşəcək normativlərə uyğun olaraq futbolçularımızın hazırlıq planı müəyyənləşəcək.
`Qarabağ`ımız test verərəkən...