`Qarabağ` transferə başladı

single-news
14 Yan 2013

`Qarabağ` transferə başladı



`Qarabağ`ımız 2012-cü ildə transfer fəaliyyətinə başladı.  Bütün mövqeləri gücləndirməyi planlaşdıran `Qarabağ`ımızın ilk transferi Kristian Torres oldu. 2009-cu ildən ölkəmizdə çıxış edən 27 yaşlı futbolçu ön xəttdə universallığı ilə diqqət çəkir.  `Qarabağ`da çıxış edəcək ilk argentinalı olacaq Torreslə 1,5 illik müqavilə bağlanılıb. Kristian saytımıza keçidlə bağlı danışıb:` `Qarabağ` kimi iddialı komandaya gəldiyimə görə məmnunam. Azərbaycana ilk gəldiyim gündən `Qarabağ` göstərdiyi futbolla diqqətimi cəlb edib. Texnikalı oyuna üstünülk verən komanda mənim də oyun üslubuma uyğundur. `Qarabağ` daim iddialı olub. Bilirəm ki, `Qarabağ` çempionluğa oynayır. Çalışacam ki, yeni komandamın hədəfinıə çatması üçün ən yaxşısını edim.`
`Qarabağ`ımız Torreslə yanaşı `Rəvan`dan daha bir futbolçunu sıralarına bağlayıb. 22 yaşlı Elvin Musazadə ilə də 1,5 illik müqavilə bağlanıb. Elvinin `Qarabağ`da ilk təəssüratları:``Qarabağ` ölkənin köklü klublarından biridir. Bu klub daim azərbaycanlı futbolçulara üstünük verir.  Klubunun yerliləri güvənməsi bizim üçün yaxşı bir şansdır. `Qarabağ`ı Qurban Qurbanov çalışdırır. Daim gənclərə şans verən Qurban müəllimin başçılığı altında daha da artıracağımı düşünürəm.`
Qeyd edək ki, Kristian Torres və Elvin Musazadə `Rəvan` gəlibsə, yarımümdafiəçimiz Emin Mustafayev əks düşərgəyə göndərilib.  


Paylaş

// pop up