`Qarabağ` Türkiyə yolunda
14 Yan 2012
`Qarabağ` Türkiyə yolunda
`Qarabağ`ımız Türkiyəyə yollanır. Yanvarın 10-dan start götürən yeni ilin hazırlıqlarının yeni mərhələsi Antalyada davam edəcək. Bu gün son məşqinə çıxan komandamız hazırlıqlarını tamamlayaraq qardaş ölkəyə yollanır. Sabah Bakı – İstanbul – Antalya reysiylə Aralıq dənizinin sahilllərinə yollanacaq komandamız 3 həftə təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, komandamız qardaş ölkəyə 23 futbolçuyla yollanır. Daha dəqiq desək 21 futbolçu birbaşa Antalyaya gedəcəksə, əməliyyatdan çıxdıqdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov 2 gün gec, Admir Teli isə İstanbulda komandaya qoşulacaq. Komandamızın düşərgəsinə qoşulacaq yeni futbolçular məhz Antalyaya gələcək.
`Qarabağ`ımızın təlim-məşq toplanışıyla bağlı xəbərləri hər zaman olduğu kimi saytımızdan izləməyi unutmayın...