`Qarabağ` Türkiyədə 2 mükafata layiq görüldü - fotolar

`Qarabağ` Türkiyədə 2 mükafata layiq görüldü - fotolar
`Qarabağ`ımızın son illərdə uğurlu çıxışı daim fərqli sahələrdə öz qiymətini almaqda davam edir. Son iki ildə doğma Azərbaycanımızı Avrokuboklarda uğurla təmsil edən `Qarabağ`ımızın uğurlarının əhatə dairəsi artıq ölkə hüdudlarını da aşmaqdadır. Elə komandamızın aldığı daha bir mükafat da bunu bir daha göstərir.
Bu gün Türkiyənin Aralıq dənizi sahilində yerləşən Mersin şəhərində `2013 Mersin Ağdəniz oyunları` tanıtımı və bölgənin `Çuxurova Express` nəşri orqanın təşkilatçılığıyla `ilin uğur mükafatları` mərasimi keçirilmişdir.
Mersində baş tutan tədbirdə türk idman camiəsinin məşhur isimləri də çıxış edirdi. Türkiyənin məşhur idman yazarı Ömər Üründül, sabiq `Fənərbaxça`lı yönətici Sadəddin Saran, `Beşiktaş`ın mətbuat xidmətinin rəhbəri Metin Düren, TRT-nin aparcıcı Kerem Öncel, `Gənclərbirliyi`nin baş məşqçisi Giray Bulak və bir sıra başqa ünlülər də tədbirin iştirakçıları və təltif olunanları idi.
Qardaş ölkənin ilk idman radiosu olan `Radyospor`un aparıcıları Figen Civan və İlker Koçun aparıcılıq etdiyi tədbirdə qeyd etdiyimiz kimi `Qarabağ`ımız da ən yaxşılar arasında seçilənlərdən idi.
`Qarabağ`ımıza tədbirdə 2 mükafat təqdim olundu. `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel Türkiyə - Azərbaycan idman münasibətlərinin inkişafına verdiyi töhfə və başarılara görə `Hizmet Onur Ödülü` mükafatına layiq görüldü. Eyni zamanda klub olaraq da mükafat qazandıq. Son iki ildə Avrokubokda qazanılan nəticələr lə `Qarabağ`ımız `Türk dünyasının başarılı takımı` diplomuna sahib çıxdı.
Mersindəki tədbirdən fotolar
http://qarabagh.com/1987/index.php?name=photoview&phid=365&lang=1