`Qarabağ` Türkiyədə. İlk məşq və 12 futbolçu

single-news
9 İyn 2011

`Qarabağ` Türkiyədə. İlk məşq və 12 futbolçu



`Qarabağ`ımız artıq 2010-2011 mövsümünün ilk təlim-məşq topanışına başladı. 3 həftə sonra Avroliqanın ilk turunda meydana çıxacaq komandamız Bakıda 3 günlük məşqləri başa vuraraq bu gün qardaş ölkəyə yola düşüb. Türkiyəyə Bakı – Ankara reysiylə yollanan komandamız 10:30-da paytaxtı tərk edib, 2 saat 30 dəqiqə sonra isə Ankaraya çatıb. Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsinə yollanan komandamız 5 ulduzlu `Patalya` otelində məskunlaşıb.
Məlum səbəblərdən `Qarabağ`ımız təlim-məşq toplanışına cəmi 12 futbolçuyla yollanıb. Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Nderim Nedzipi, Namiq Yusifov, İlqar Qurbanov, Qara Qarayevlə yanaşı icarə geri dönən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlıyla bərabər əvəzedici heyətdən Elgiz Kərəmli və Kamil Hüseynov `kamp`da ilk gündən iştirak edən futbolçulardır. Millilərin düşərgələrində olma səbəbindən 11 futbolçumuz isə bir gec düşərgəyə qoşulacaq. Andrey Rubins, Ansi Aqolli və Admir Teli İyunun 12-si, Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı Georgi Adamiya isə 13-ündə komandanın düşərgəsinə qoşulacaq.
`Qarabağ`ımızın bu gün 1 məşqi baş tutub. Yerli vaxtla 17-00-da komandamız məşqə çıxıb. Komandamızın baş məşqçisi Qurban Qurbanovun qısa nitqindən sonra futbolçulara çalışmaya başladı. Daha çox gücləndirici hərəkətlərə üstünlük verildiyi məşqin sonunda gənclər və təcrübəlilər 2 qrupa bölünərək 2 toxunuşla futbol oynadılar. İlk yarıda Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, İlqar Qurbanov, Nedzipinin komandası 4:0 öndə olsa da, 2-ci hissədə `qoca`ların heyətində məşqçilərimizdən Elçin Rəhmanov, gənclərdən isə Qurban Qurbanovun oyuna daxil olması vəziyyəti köklü sürətdə dəyişib. Belə də, baş məşqçimizin drujinası 1 top fərqiylə qələbə qazanıb.
Sabaha komandamızın 2 məşqi nəzərdə tutulub.    

 

Paylaş

// pop up