`Qarabağ` Türkiyədə ilk məşqinə çıxdı. Fotolar
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` Türkiyədə ilk məşqinə çıxdı. Fotolar
`Qarabağ`ımız təlim-məşq toplanışına start verdi. Bugün Bakı – Ankara reysiylə Türkiyəyə yollanan komandamız yerli vaxtla 14:30-da təlim-məşq toplanışının ilk mərhələsini keçəcəyi Qızılcahamamdakı `Patalya` otelinə çatdı. 18:00-da isə komandamız ilk məşqinə çıxdı.
Öncə futbolçularla qısa söhbət edən komandamızın baş məşqçisi Qurban Qurabanov yeni mövsümdə futbolçulara uğur arzuladı. Qarşıdan gələn mövsümün ağır kecəcəyini və təlim-məşq toplanışından maksimum yararlanmaq lazım olduğunu bildirdi. Ardınca isə məşq başladı. Komandanın yol yorğunu olmasına baxmayaraq 90 dəqiqə davam edən məşqimiz yüksək tempdə keçdi. Öncə fiziki yükləmə alan komanda sonda toplu çalışmalarla məşqi bitirdi.
Bu məşqdə `Qarabağ`ımızın yeni transferi də debüt etdi. Xorvatiyalı qapıçı Miro Varvodiç Ankarada komandaya qoşuldu və baş tutan ilk çalışmada iştirak etdi.
`Qarabağ`ımızın sabah 2 məşqi nəzərdə tutulub. Günün ilk çalışması yerli vaxtla 10:30-da olacaq.
`Qarabağ`ın təlim-məşq toplanışı və komandamıza qoşulacaq yeni futbolçular haqqında saytımız operativ yenilənəcəkdir.
Eyni zamanda KİV klubun mətbuat xidmətiylə də əlaqə saxlaya bilər.
Əlaqə: +90535 784 79 78
`Qarabağ`ımızın ilk məşqindən görüntülər FOTOQALEREYA bölümündə...