"Qarabağ" Türkiyədən məşqçi gətirə bilər (ÜÇ NÖQTƏ, 01.06.2005)

single-news
1 İyn 2005

"Qarabağ" Türkiyədən məşqçi gətirə bilər (ÜÇ NÖQTƏ, 01.06.2005)



Ölkə çempionatını 6-cı pillədə başa vuran "Qarabağ" komandası baş məşqçi İqor Ponomaryovla yollarını ayırıb. Ağdam komandasında sükan arxasına kimin gətiriləcəyi isə böyük maraq doğurur. Mətbuatda yayılan məlumatda Tovuzun "Turan" klubunun türkiyəli məşqçisi Naci Şensoyun "Qarabağ"a gətiriləcəyi bildirilib. Lakin "Üç nöqtə"yə açıqlamasında "Qarabağ"ın icraçı direktoru Əmrah Çelikel xəbəri təkzib etdi: "Naci Şensoyun "Turan"la rəsmi müqaviləsi olduğuna görə, bu cür danışıq mümkün deyil. Komandamız türk məşqçi ilə heç bir danışıq aparmayıb və belə bir fikri də yoxdur". Ə.Çelikel "Qarabağ"ın baş məşqçiliyinə Türkiyədən mütəxəssis gətiriləcəyini də istisna etməyib. Klub rəsmisi baş məşqçiliyə kimin gətiriləcəyi ilə bağlı hələlik danışmağın tez olduğunu söyləyib.

Paylaş