"QARABAĞ" - "TURAN" 0:0.
"QARABAĞ" - "TURAN" 0:0.
“Qarabağ” – “Turan” qarşılaşmasının start fiti səsləndi. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“QARABAĞ” – Fərhad Vəliyev, Aftandil Hacıyev, Soumah Mamadouba, Qoqa Beraya, Murad Ağakişiyev, Kənan Kərimov(k), Nodar Məmmədov, Viktor Kayode İgbekoye, Ayxan Abbasov, Vaqif Cavadov, Zaur Həşimov.
Baş Məşqçi: Rasim Kara
“TURAN” – Anar Nəzirov, Kamal Ələkbərov(k), Vurğun Hüseynov, Anar Vəliyev, Vüsal Qarayev, Zoran Svetkoviç, Erik Obidike, Hafiz Əliyev, Yevgeni Karabulya, Paol Akpon, Asəf Qədiri.
Məşqçi: Nizami Ocaqverdiyev
1-ci dəqiqə - Oyuna “Qarabağ” başladı
2-ci dəqiqə - “Qarabağ”ın qapısı önündə ilk qarışıqlıq. Fərhad dəqiq oynayır
3-cü dəqiqə - Oyunda ilk künc zərbəsini “Qarabağ” yerinə yetirir. Vaqif müdafiəçilərdən sıyrıla bilmir
4-cü dəqiqə - Rəqib oyunçu yerdə qalıb. Həkimlərin müdaxiləsindən sonra oyun davam edir
5-ci dəqiqə- Kənanın cərimə meydançasına ötürməsi dəqiq olmur
6-cı dəqiqə - Oyun “Qarabağ”ın hücumları çərçivəsində davam edir
7-ci dəqiqə - Zaur Həşimov uzaqdan gözəl ötürmə etsə də Vaqif Cavadov oyundan kənar vəziyyətə düşür
8-ci dəqiqə - “Qarabağ”ın növbəti hücumu, lakin rəqib müdafiəçilər bu dəfə də dəqiq oynayır
9-cu dəqiqə - Bu dəfə “Turan” komandası künc zərbəsi yerinə yetirir. “Qarabağ”ın müdafiəçiləri dəqiq oynayır
12-ci dəqiqə - Oyunda ilk 100% lik qol şansı. Qoqanın zərbəsi qapı dirəyinə dəyərək meydanı tərk edir
13-cü dəqiqə - Viktorun ötürdüyü topa rəqib qapıçı Vaqif Cavadovdan tez yetişir
15-ci dəqiqə - Daha bir 100%lik qol şansı... Bu dəfə Qoqanın vurduğu top qapının üstündən keçir
18-ci dəqiqə - Ayxan Viktorun ötürməsinə yetişə bilmir
19-cu dəqiqə - “Qarabağ” cərimə zərbəsi yerinə yetirir. Zaurun ötürməsi dəqiq olmur
20-ci dəqiqə - Rəqib komanda hücum təşkil etməyə çalışsa da Kənan Kərimov bu hücumun qarşısını alır
21-ci dəqiqə - Oyun meydanın mərkəzində davam edir
23-cü dəqiqə - Muradın künc zərbəsindən ötürməsinə Kənan başla zərbə endirsə də zərbəsi dəqiq alınmır
25-ci dəqiqə - Oyun “Qarabağ”ın üstünlüyü ilə davam edir
26-cı dəqiqə - Küncdən daha bir zərbə bu dəfə Viktorun zərbəsini qapıçı dəf edir
27-ci dəqiqə - Rəqib komanda künc zərbəsi yerinə yetirir. Müdafiəçilər topu uzaqlaşdırırlar
28-ci dəqiqə - Vaqif Cavadova qarşı kobud oyun var. Futbolçuya tibbi yardım göstərilir
30-cu dəqiqə - “Turan” komandası hücum təşkil etməyə çalışır.Ayxan Abbasov dəqiq oynayır
32-ci dəqiqə - Muradın cərimə meydançasına etdiyi ötürməyə Viktor başla zərbə endirsə də top qapının üstündən keçir
35-ci dəqiqə - Daha bir künc zərbəsi Muradın cərimə meydançasına ötürdüyü topa Vaqif zərbə endirir lakin top yenə də qapının üstündən keçir
39-cu dəqiqə - Oyun meydanın mərkəzində davam edir
40-cı dəqiqə - Bu dəfə Kənan Kərimovun zərbəsi dəqiq olmur
41-ci dəqiqə - Ayxanın uzaqdan vurduğu top qapının üstündən keçir
43-cü dəqiqə - Ərazi üstünlüyü “Qarabağ”ın əlindədir
45-ci dəqiqə - Hakim ilk yarıya 2 dəqiqə əlavə edir
47-ci dəqiqə - İlk yarı başa çatdı
HESAB: 0 – 0
47–ci dəqiqə - İkinci yarı başladı. “Qarabağ” fasilədən oyunçu dəyişikliyi ilə qayıtdı. Vaqif Cvadovu meydanda Rauf Əliyev əvəz edir
49-cu dəqiqə - “Qarabağ”ın qapısı qarşısında təhlükəli vəziyyət. Pool Akponun vurduğu top qapının yanından keçir
50-ci dəqiqə - “Turan” hücum qurmağa çalışır.Bu dəfə Viktor təhlükəni sovuşdurur
51-ci dəqiqə - Ayxanın ötürməsindən sonra Rauf müdafiəçilərdən sıyrılaraq cərimə meydançasına daxil olsa da topa zərbə endirə bilmir
53-cü dəqiqə - “Turan” küncdən zərbə yerinə yetirir. Müdafiəçilər topu uzaqlaşdıra bilirlər
55-ci dəqiqə - “Qarabağ” cərimə zərbəsi yerinə yetirir. Aftandilin vurduğu top qapının üstündən keçir
57-ci dəqiqə - Oyun meydanın “Turan”a aid hissəsində davam edir
59-cu dəqiqə - “Turan” oyunçu dəyişikliyi edir. Karabulyanı Hüseynpur əvəz edir.
63-cü dəqiqə - Oyun qarşılıqlı hücumlar şəraitində davam edir
63-cü dəqiqə - “Qarabağ”ın növbəti hücumu. Qoqanın vurduğu top müdafiəçilərə dəyərək geri dönür
64-cü dəqiqə - “Qarabağ”da ikinci oyunçu dəyişikliyi. İsaak Pupo Qoqa Berayanı əvəzlədi
67-ci dəqiqə - Oyun “Qarabağ”ın ardıcıl hücumları ilə davam edir
70-ci dəqiqə - Daha bir oyunçu dəyişikliyi. Meydanı tərk edən oyunçu Murad Ağakişiyev olur. Onu Şəhriyar Xəlilov əvəz edir
71-ci dəqiqə - Puponun ötürməsindən sonra meydana yenicə daxil olmuş Şəhriyar topa zərbə endirsə də zərbəsi dəqiq olmur
73- cü dəqiqə - “Qarabağ”ın növbəti hücumu uğursuz olur
74-cü dəqiqə - “Turan”ın növbəti zərbəsini Fərhad asanlıqla
dəf edir
77-ci dəqiqə - Viktor topa gözəl zərbə endirir. Qapıçı çətinliklə də olsa topu dəf edir
79-cu dəqiqə - Hakim əllə oyuna görə cərimə zərbəsi təyin edir
82-ci dəqiqə - Oyun gərgin mübarizə şəraitində keçir
85-ci dəqiqə - Oyunun sona çatmasına çox az bir vaxt qalıb. Hesab dəyişməz olaraq qalır
87-ci dəqiqə - “Qarabağ”ın daha bir hücumu nəticəsiz qalır
88-ci dəqiqə - Rəqib hücumçunun zərbəsi qapının yanından keçir
90-cı dəqiqə - Hakim oyunun əsas vaxtına 2 dəqiqə əlavə edir
91-ci dəqiqə - "Turan"ın heyətində sonuncu oyunçu dəyişikliyi. Asəf Qədirinin yerinə meydana Ramin Əliyev daxil olur
92-ci dəqiqə - Oyun başa çatdı. Hesab 0:0
OYUN BAŞA ÇATDI... HESAB 0:0
Oyunun STATİSTİKASI
Oyundan MARAQLI ANLAR
