`Qarabağ` - `Turan` 3:1. Seriya davam edir

single-news
30 Sen 2011

`Qarabağ` - `Turan` 3:1. Seriya davam edir



`QARABAĞ`:  Bayon Pavloviç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rəşad Sadıqov, Vüqar Nadirov, Tural İsgəndərov, Admir Teli, Ansi Aqolli, Roşa
1`- Oyun başlayır
4`- `Qarabağ` hücumu.. Roşa sürətlə irəliləyir, Vüqara ötürmə.. lakin rəqib topa daha tez çatır
7`- Daha bir hücum, lakin nəticəsizdi
9`- `Qarabağ`ın təhlükəli hücumu... Rəşad Sadiqovun qapıya zərbə endirməsinə müdafiəçilər mane olur və top meydandan çıxır
11`- Turaldan gözəl ötürmə, lakin ötürmə sürətli olur və top meydandan çıxır
14`- Maksimin qapı qarşısına ötürməsi, lakin Roşanın qapıya zərbə endirməsinə rəqib mane olur
18`- `Qarabağ`ın təhlükəli hücumu... Vüqar Nadirovun cərimə meydançasına ötürməsi, Lakin Məhərrəm Müslümzadə topun Roşaya çatmasının qarşısını alır 
20`- `Turan`ın əks hücumu və hücumun qarşısı alınır
22`- Aqolliyə qarşı qayda pozulur və hakim cərimə zərbəsi təyin edir
23`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, qapıçı topu dəf etsə də, Vüqarın başla qapıya təkrar zərbəsi  və QOOOOL!
26`- Komandamızın daha bir təhlükəli hücumu... Rəşad Sadiqov sürətlə irəliləyir... O, cərimə meydançasına daxil olur. Rəqib ona qapıya zərbə endirməyə imkan vermir və o zədələnir
30`- Aqolli sol cinahdan sürətlə irəliləyir, lakin topu saxlaya bilmir və top meydandan çıxır
32`- `Turan` hücumu.. Aqolli ustalıqla topu rəqiblərindən alır
33`- Daha bir hücum... Vüqar sürətlə irəliləyərək rəqiblərini keçir, lakin ona zərbə endirməyə imkan vermirlər
34`- `Turan`ın uzaqdan qapıya doğru zərbəsi və top qapıdan xeyli aralı keçir
36`- Aqollinin qapı qarşısına ötürməsi, lakin topu meydandan çıxarırlar. Roşa künc  zərbəsini yerinə yetirir, lakin qapıçı topu dəf edir. Dönən topa Admir Telinin zərbəsi, lakin qapıçı topu tutur
39`- Oyun `Qarabağ`ın ərazi üstünlüyü ilə gedir
42`- Vüqardan gözəl hərəkətlər və onun cərimə meydançasına ötürməsi, lakin topa çatan olmur
45`- Rəşaddan qapı qarşısına gözəl ötürmə, lakin Tural topa çatmır. Demək olar ki, 100 faizlik qol şansından istifadə edə bilmədik
45+1`- İlk hissə bitir
46`- `Turan` ikinci hissəyə oyunçu dəyişikliyi ilə başlayır
49`- Roşadan aldadıcı hərəkətlər, lakin o, qapıya zərbə endirmək üçün gecikir
51`- `Turan` hesabı bərabərləşdirir. Hesab 1-1
53`- `Qarabağ` hücumu... Rəşad Sadiqovdan divar ötürməsi və Aqolli topu qapıdan keçirir, QOOOL!
56`- `Turan` cərimə zərbəsi yerinə yetirir və top qapını üstündən keçir
57`- `Turan` oyunçusu sarı vərəqə alır
58`- `Qarabağ`da oyunçu dəyişikliyi... Tural İsgəndərovu İlqar Qurbanov, Qara Qarayevi isə Nedzipi əvəzələyir
62`- `Qarabağ`ın hücum cəhdləri, lakin nəticəsizdi
64`- `Turan` hücumu... Teli topu uzaqlaşdırır
67`- `Turan` cərimə zərbəsini yerinə yetirir və top meydandan çıxır
69`- `Qarabağ` hücumu... Aqollinin zərbəsi zəif olur və qapıçı topu tutur
70`- `Turan`ın uzaqdan qapıya doğru zərbəsi və top qapının üstündən keçir
71`- Roşanın qapı qarşısına ötürməsi, lakin İlqarın dabanla qapıya zərbəsi qeyri dəqiq olmur
72`- Rəşad Sadıxovdan gözəl ötürmə, lakin İlqar Qurbanov bu dəfə  topa çatmır
75`- Rəşad Sadiqovun qapı qarşısına ötürməsi, qapı demək olar ki boşdur, lakin müdafiəçilər son anda topu uzaqlaşdırır. Hücum davam edir... Nedzipinin qapıya zərbəsi, lakin top qapıdan aralı keçir
76`- `Turan`da oyunçu dəyişikliyi...
77`- Roşa topu rəqibindən alaraq sürətlə təkbaşına irəliləyir, Rəşad Sadiqova ötürmə... Rəşad Sadıxovun qapıya doğru zərbəsi, top demək olar çox az fərqlə qapının yanından keçir
79`- `Qarabağ`ın növbəti əks hücumu... Nedzipidən Roşaya ötürmə, Roşanın qapıya doğru zərbəsi zəif olur
84`- Rəşad Sadiqovdan qapı qarşısındakı Roşaya gözəl ötürmə, Roşa topu qapıdan keçirir. Lakin hakim ofsaytın olduğunu desə də, ofsayt yox idi
85`- Roşadan ötürmə və Rəşad Sadiqov topu tordan keçirir. QOOOOL!!!
88`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Bəxtiyar Soltanov Rəşad Sadiqovu əvəzləyir. Kapitan sarğısı Namiq Yusifova verilir
90`- `Turan`ın qapıya doğru uzaqdan zərbəsi, Rəşad Sadıxov topu uzaqlaşdırır
90+1`- Namiq Yusifov sarı vərəqə alır
90+3`- `Turan` cərimə zərbəsini yerinə yetirir və top canlı səddə dəyərək uzaqlaşır. Və hakim oyunu bitirir

Paylaş

// pop up