`Qarabağ` - `Turan`: 5-ci kubok duelində ilk vida

single-news
7 Dek 2010

`Qarabağ` - `Turan`: 5-ci kubok duelində ilk vida



`QARABAĞ`: Fərhad Vəliyev, Zaur Həşimov, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Admir Teli, Elvin Məmmədov, Emin İmaməliyev, Rauf Əliyev, Ansi Aqolli, Georgi Adamiya
`TURAN`: Kamal Bayramov, Orxan ismayılov, Məhərrəm Müslümzadə, Hafiz Əliyev, Fərmail Əliyev, Muəmmər Ərdoğdu, Şəhriyar Xəlilov, Azər Məmmədov, Hüseyn İsgəndərov, Viktor Konta, Georgi Çediya
1`- Oyun başlayır
3`- Aqollinin cərimə meydançasına ötürməsi... lakin Kamal Bayramov topa daha tez çatır
4`- Hücum davam edir. Adamiyanın qapıya doğru zərbəsi... lakin müdafiəçilər topu uzaqlaşdırır
5`- `Turan` künc zərbəsini yerinə yetirir və top uzaqlaşdırır
7`- Rauf Əliyev irəliləyir... Qapı qarşısında Eminə ötürməsi, lakin Emin topa çatmır
9`- `Turan`ın əks hücumu... qapıya doğru zərbə və top qapının yanından keçir
11`- `Qarabağ`ın hücumu... Eminin qapıya doğru zərbəsi, lakin top müdafiəçilərdən geri qayıdır
12`- Aqollinin qapı qarşısındakı Raufa ötürməsi... Raufun başla zərbəsini qapıçı dəf edir
14`- Turan künc zərbəsini yerinə yetirir və top uzaqlaşdırılır
15`- `Qarabağ`ın əks hücumu... Maksim irəliləyir, lakin o topu itirir
18`- Növbəti hücumumuz... lakin Maksimə qarşı qayda pozulur
19`- Aqolli cərimə zərbəsini yerinə yetirir. Lakin top uzaqlaşdırılır
20`- Emin cərimə meydançasına daxil olur və qapıya doğru zərbə... lakin qapıçı topu dəf edir
21`- Oyun `Qarabağ`ın üstünlüyü ilə gedir
23`- `Qarabağ` hücumu.. lakin nəticəsizdir
25`- `Turan`da ilk oyunçu dəyişikliyi.. Fərmail Əliyevi Rəşid Həsənov əvəzləyir
27`- `Turan` cərimə zərbəsini yerinə yetirir, lakin top canlı səddə dəyərək uzaqlaşır
29`- Maksimin Eminə ötürməsi.. lakin ötürmə bir qədər sürətli olur
30`- `Qarabağ`ın əks hücumu... Emin  sürətlə irəliləyir, lakin ona qarşı kobud oynanılır və zədələnir
31`- Aqolli cərimə zərbəsini yerinə yetirir, qapıya doğru qüvvətli zərbə, lakin qapıçı topu dəf edir
33`- `Turan` hücumu... və hücumun qarşısı alınır
34`- Rauf topu rəqiblərindən alır, qapı qarşısına uzun ötürmə, lakin Emin topa çatmır
35`- Hücum davam edir. Raufun ötürməsi.. qapıya doğru zərbə, lakin qapıçı topu dəf edir
38`- Aqollinin qapı qarşısındakı Raufa ötürməsi, Muammər Ərdoğdu Raufa zərbə endirməyə imkan vermir
39`- Eminə qarşı kobudluq və hakim cərimə zərbəsi təyin edir
40`- Aqolli cərimə zərbəsini yerinə yetirir, lakin top canlı səddə dəyərək meydandan çıxır
41`- Hücum davam edir. Elvinin uzaqdan qapıya doğru qüvvətli zərbəsi, lakin top qapının yanından keçir
42`- `Qarabağ` hücumu... Raufun qapıya doğru zərbəsi... lakin qapıçı topu bu dəfə də dəf edir
43`- Dərhal künc zərbəsi yerinə yetirilir. Admir Telinin zərbəsi, lakin qapıçı topu dəf edir
44`- Hücum davam edir. Raufun ötürməsi... lakin Adamiyanın zərbəsi o qədər də güclü olmur
45`- `Turan` hücumu.. Zaur Haşimov topu uzaqlaşdırır
45+1`- `Qarabağ`ın əks hücumu... Adamiyanın cərimə meyadnçasına Raufa ötürməsi... Raufun baş  zərbəsi, lakin top qapının üstündən keçir. Və hakim ilk hissəni bitirir
46`- İkinci hissəyə `Qarabağ` başlayır
47`- Aqolli qaydanı pozur.  `Turan` cərimə zərbəsini yerinə yetirir. Top qapnın üstündən keçir
48`- `Qarabağ`ın əks  hücumu... Elvinin ötürməsi dəqiq olmur
50`- Emin künc zərbəsini yerinə yetirir. Aqolliyə ötürmə, lakin Aqolli topu itirir
53`- `Turan`da növbəti oyunçu dəyişikliyi... Rəşid Həsənovu Rəşad Piriyev əvəzləyir
55`- `Turan` hücumu.. Qapıya doğru zərbə və top qapının yanından keçir
56`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Emin İmaməliyevi Vüqar Nadirov əvəzləyir
57`- `Turan` cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə və Fərhad Vəliyev topu dəf edir
58`- `Turan` künc zərbəsini yerinə yetirir, Fərhad topu dəf edir
60`- `Qarabağ` hücumu... Vüqar Nadirovun qapı qarşısına ötürməsi, lakin topa rəqiblər daha tez çatır
63`- Növbəti hücum... lakin Vüqar topu itirir
64`- Hafiz Əliev zədələnir və ona tibbi yardım göstərilir
67`- `Qarabağ`ın əks hücumu... Vüqarın Raufa ötürməsi, lakin Rauf topu itirir
70`- Aqolli cərimə zərbəsini yerinə yetirir, Raufun başla qapıya zərbəsi, lakin top qapının yanından keçir
73`- `Qarabağ` hücumu.. Rəşadın Adamiyaya ötürməsi, lakin Adamiya topu itirir
74`- `Qarabağ`da oyunçu dəyişikliyi... Maksimi Devran Ayhan əvəzləyir
76`- `Turan` cərimə zərbəsini yerinə yetirir, Namiq Yusifov topu uzaqlaşdırır
77`- Elvin irəliləyir, Raufa ötürmə... lakin Muammər Erdoğdu Raufa zərbə endirməyə imkan vermir
78`- Növbəti hücumumuz... Adamiyanın Rəşada ötürməsi... Rəşadın qapıya doğru zərbəsi, lakin qapıçı topu tutur
82`- `Turan` cərimə zərbəsini yrinə yetirir, lakin Fərhad topu tutur
84`- `Qarabağ` hücumu... lakin nəticəsizdir
85`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Namiq Yusifovu Andrey Rubins əvəzləyir
86`- Muammer Erdoğdu zədələnir və ona tibbi yardım göstərir
88`- `Turan`da oyunçu dəyişikliyi... Orxan İsmayılovu Məsim Məsimov əvəzləyir
90`- `Qarabağ` hücumu... Rubunsin ötürməsinin qarşısını müdafiəçilər alır
90+2`- Rubinsin qapı qarşısındakı Raufa ötürməsi... Raufun başla zərbəsi dəqiq olmur
90+3`- Növbəti hücum... Elvin sürətlə irəliləyir, lakin o müvazinətini itirir
90+4`- Rubinsin Raufa ötürməsi... Lakin qapıçı topa daha tez çatır. Və hakim əsas hissəsini bitirir
1`- Elavə hissə başlayır, Dərhal `Qarabağ` hücuma başlayır. Rubinsin qapıya doğru zərbəsi... lakin qapıçı topu dəf edir
3`- Növbəti hücum... Vüqarın qapı qarşısına ötürməsi, lakin Rubins zərbəsi dəqiq olmur
5`- Vüqara qarşı qayda pozulur, hakim cərimə zərbəsi təyin edir
6`- Vüqar cərimə zərbəsini yerinə yetirir, lakin top canlı səddə dəyir
9`- Zaur Həşimova qarşı qayda pozulur
11`- Aqollinin uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
14`- Adamiyanın Vüqar ötürməsi, Vüqarın qapıya doğru zərbəsi, lakin zərbə o qədər də qüvvətli olmur və qapıçı topu dəf edir
15`- `Növbəti hücumumuz... Rubinsin qapıya doğru zərbəsi dəqiq olmur. Rubins demək olar ki 100 faizlik qol şansından istifadə edə bilmir. İlk elavə dəqiqələr bitir
16`- ikinci Elavə dəqiqələr başlayır
17`- Adamiyanın Vüqara ötürməsi, lakin Vüqar ofsayta düşür
19`- Qapı qarşısına gözəl ötürmə, lakin Rauf topa toxuna bilmir
21`- Növbəti hücum.. Vüqarın qapı qarşısına ötürməsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
22`- Aqollini Raufa ötürməsi, lakin rauf bu vəziyyətdən istifadə edə bilmir
24`- Daha bir hücum... Lakin Rauf topa çatmır
25`- Adamiyanın qapı qarşısındakı Elvinə ötürmə, lakin Elvin topa zərbə endirməyə gecikir
26`- Rəşadın qapıya doğru zərbəsi... Rəşadın zərbəsi qeyri dəqiq olur
27`- Adamiyanın qapıya doğru zərbəsi, laki müdafiəçilər topu uzaqlaşdırır, daha bir zərbə, bu dəfə də top qapıdan keçmir
29`- Aqollinin Vüqara ötürməsi, lakin Vüqar topu itirir
30`- Rəşad Sadiqovun uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir və Elavə dəqiqələr bitir
Penalti zərbələri:
Adamiya –dəqiq zərbəylə ilk qolu vurur
Rəşad Sadiqov – soyuqqanlılıqla 2-ci qolu vurur
 Elvin Məmmədov – Elvin də məharətlə işinui görür
Vüqar Nadirov – Qolkiper dəqiq oynayır
Rauf Əliyev – Gənc hücumçunun əsəbləri dözmür. Kamal bu dəfə də penaltini dəf edir
Viktor Qonta – zərbəsi dirəkdən dönür
Muammər Erdoğdu - `Turan`ın ilk qolunu vurur
Rəşad Piriyev – Dəqiq zərbə
Gerorgi Çediya – Hesabı bərabərləşdirir
Şəhriyar Xəlilov – Sabiq `Qarabağ`lı `Turan`ı ¼ finala çıxarır.


 

Paylaş

// pop up