"QARABAĞ" - "TURAN": OYUN ÖNCƏSİ ...
"QARABAĞ" - "TURAN": OYUN ÖNCƏSİ ...
“Qarabağ”ın sabah qarşılaşacağı “Turan”la oyun Azərbaycan futbolu üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, hər iki klubun gənclərə üstünlük verməsi ölkə futbolunun sabahının güzgüsü kimi də qələmə vermək olar. Komandamızın Baş Məşqçisi Rasim Karanın fikirlərindən də buna anlamaq olar: “ “Turan” gənc komandadır. Bizim də heyətin gənclərdən qurulduğunu nəzərə alsaq, maraqlı bir mücadilənin yaşayacağımızı söyləyə bilərəm. Gənclərə güvənirəm. Onlara bu oyunda şans verəcəm. Amma bu o demək deyil ki, təcrübəli futbolçuların xidmətindən təmamilə imtina edəcəm. İnşallah, azarkeşlərimizə gözəl futbol və nəticə - qələbə sevinci nəsib edəcəyik!”
“Qarabağ” və millinin müdafiəcisi Samir Abbasov da qələbəyə inanadıqlarını bildirdi: “Turan” meydanda sona qədər mübarizə aparan komandadır. Zənnimcə, 90 dəqiqə boyunca yüksək templi matç izləyəcəyik. İnşallah, sonda sevinən tərəf biz olacağıq”
Serbiyalı yarımmüdafiəçi Bojan İliç də yaxşı oyun olacağına əmindir: “Hər iki komanda daha çox baxımlı oyun göstərməyə üstünlük verir. Ümid edirəm ki, sabah da oyunu izləyən azarkeşlər futboldan zövq alacaqlar”
Komandamızda itkilərlə bağlı ciddi dəyişiklik yoxdur. Azər Məmmədov və
İrakli Bereya məşqlərə başlasa da hələlik futbolçuların meydanda mübarizə apara bilməsi mümkün deyil. Yaxınlarda əməliyyat olunan Timur İsrafilovun da meydana cıxması çətin görünür. “Olimpik”lə matçda zədələnən Namiq Yusifovun durumuna isə matç saatında aydınlıq gələcək.
Xatırladaq ki, Matçda Baş hakim Azad Mütəllimovdur.
Oyun saat 16:00-da başlayacaq.