“QARABAĞ” – “TURAN”. STATİSTİKA

single-news
29 Mar 2008

“QARABAĞ” – “TURAN”. STATİSTİKA



Sabah Azərbaycan milli çempionatında XIX turun “Qarabağ” – “Turan” matçı keçiriləcək. Bütün milli çempionatların iştirakçısı olan komandaların görüşü daim maraqla qarşılanıb. Görəsən, sabahkı qarşılaşma bizə nə vəd edir?

Sabah keçiriləcək mücadilə tərəflərin sayca 33-cü qarşılaşması olacaq. Bu görüşlərin 11-i komandamızın üstünlüyü ilə bitib. 7 görüşdən isə tərəflər meydandan sülhlə ayrılıblar.  Vurulmuş qollara gəlincə. Rəqibi daha çox məyus etmişik. 36 dəfə rəqib qapıçı topu tordan çıxarmağa məcbur olubsa bizim son xətt oyunçumuz 34 dəfə eyni işi görməli olub. Kubokda da Tovuz təmsilçisiylə yollarımız bir neçə dəfə kəsişib. 8 dəfə keçirilmiş qarşlaşmaların 7-ində komandamız qələbə qazanıb. Elə cari mövsümdə də kubokda “Turan”la qarşılaşmışıq. Səfərdə 2:0 qalib gəldiyimiz oyunun revanşını da “götürmüşük”, 2:1. Cari birincilikdə keçirilmiş ilk oyunda da komandamız səfərdə üstün olub, 2:0.

Ötən mövsüm meydanımızda keçirilən oyunda tərəflər 1:1-lik hesabla hərəyə bir xal qazanmışdılar.

Daha bir maraqlı statiskanı da qeyd edək ki, cari mövsümdə artıq 3 dəfə qarşılaşdığımız “Turan”a vurduğumuz 6 qolun 3-ünə yayda “Turan”dan transfer etdiyimiz Viktor imza atıb.

Paylaş

// pop up