`Qarabağ` `Turan` üçün başladı

single-news
22 Fev 2011

`Qarabağ` `Turan` üçün başladı



`Qarabağ`ımız `Turan`la oyunun hazırlıqlarına başladı. Bazar günü `Gəncə`ylə qarşılaşan komandamız dünən istirahət edib. Bu gündən isə `Qarabağ`ımız `Turan` üçün hazırlıqlara start verib. Premyerliqada son 6 oyunda qələbə qazanan komandamız təsnifat mərhələsinin sonuncu turunda qələbə qazanaraq final mərhələsinə başlamaq istəyir.
Bugün komandamızın tək məşqi baş tutub. `Sərhədi` idman komleksinin idman meydançasında baş tutan çalışma 90 dəqiqə davam edib. Zədəli futbolçularımızdan Devran Ayhan  və Sahil Kərimov artıq komandayla məşqlərdə iştirak  etsə də, Aftandil Hacıyev hələki fərdi olaraq məşq edir. 
Xatırladaq ki, komandamız `Turan`la fevralın 25-i qarşılaşacaq.

Paylaş

// pop up