`Qarabağ` `Turan`la oyuna hazırdır

single-news
3 Dek 2011

`Qarabağ` `Turan`la oyuna hazırdır



`Qarabağ`ımız `Turan`la oyuna hazırdır. Sabah premyerliqanın  XV turunda  tovuzluların qonağı olacaq komandamız məşqlərini Gəncədə sürdürür. Azərbaycanın 2-ci şəhərində məskunlaşmış `Qarabağ`ımız sabah oyunun keçiriləcəyi Tovuza yollanacaq. `Qarabağ`ımızda zədəli Rəşad Sadıqov komandadan ayrı düşüb. Hazırda Türkiyədə müalicə alan 29 yaşlı kapitandan başqa daha bir oyunçumuzun `Turan`la oyunda meydana çıxmayacağı məlum olub. Bibisinin vəfatıya əlaqədar olaraq Emin İmaməliyev Bakıya qayıdıb. Atasını itirən Ansi Aqolli isə komandayla  məşqlərini davam etdirir. Ansinin meydana çıxb-çıxmaması baş məşqçimiz Qurban Qurbanovun verəcəyi qərardan asılı olacaq.
Xatırladaq ki, `Turan` - `Qarabağ` oyunu Dekabrın 4-də saat 14:00-da keçiriləcək.

Paylaş

// pop up