`Qarabağ` `Turan`la qarşılaşıb

23 Mar 2013
`Qarabağ` `Turan`la qarşılaşıb
Milli oyunlarla yaranmış fasilə ilə əlaqədar olaraq `Qarabağ`ımız məşqlərini tam heyətlə keçə bilmir. Arada yaranmış boşluğu doldurmaq üçün komandamız bugün yoxlama oyununa çıxıb. Komandamızın rəqibi isə `Turan` olub.
16:30-da start götürən qarşılaşamaya komandamız bu start heyətiylə meydana çıxıb: Miro, Zaur, Teli, Təmkin, Eltun, Namiq, Torres, Riçard, Muarem, Reynaldo, Opara.
Görüşdə hər yarıda bir qol vuran komandamız 2:0 hesabıyla qalib gəlib. İlk yarıda Oparayla fərqlənən komandamızda Riçard 2-ci yarının startında 2-ci qolu vurub. Komandamızda 2-ci yarıda Kamil Hüseynov, Elnur Abdulov, Elvin Musazadə, Toğrul Bilallı meydana daxil olub.