`Qarabağ` - `Turnovo` 0:0. Fotolar

single-news
29 Yan 2013

`Qarabağ` - `Turnovo` 0:0. Fotolar



`Qarabağ`ımız Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4-cü yoxlama oyununa çıxdı. `Qarabağ`ımızın rəqibi Makedoniya çempionatında 2-ci pillədə qərarlaşmış `Turnovo` idi.
Bu axşam artıq milllinin düşərgəsinə yollanacaq milli futbolçuların – Maksim Medvedev, Bədavi Hüseyinov, Qara Qarayev, Vüqar Nadirov, Vaqif Cavadovun Antalyada sonuncu hazırlığı idi. Komandamızın baş məşqçisi Qurban Qurbanov  adı çəkilən futbolçuları Bədavi xaric hamısını əsas heyətə salmışdı.
Ümumiyyətlə, `Ekranas`la baş tutmuş sonuncu yoxlama görüşüylə müqayisədə start heyətində 2 dəyişiklik vardı. Muaremi Əfran, Mironu isə Fərhad əvəzləmişdi.
Bakı vaxtıyla 17:00-da görüş start götürəndə əsl futbol havası vardı. İlk dəqiqələrdən `Qarabağ`ımız topa nəzarət etsə də, makedonlar daha çox geridən oynadıqlarına görə qapı önündə ciddi təhlükələr qeydə alınmadı.
Vüqar və Vaqifin bir neçə həmləsi ilk yarıda yadda qalan məqamlar oldu.
`Qarabağ`ımız 2-ci yarıya 4 dəyişikliklə başladı. Vüqar, Maksim, Teli, Namiqin yerinə Subaşiç, Muarem, İlqar, Bədavi oyuna daxil oldu.
2-ci hissədə ərazi üstünlüyünü ələ alan `Qarabağ`ımız ilk yarıyla müqayisədə rəqib qapısı önündə daha təhlükəli həmlələri ilə yadda qaldı. Özəlliklə, Vaqifin sola çəkilməsi, İlqarın sağ cinahdan hücumlara dəstək olması oyuna rənglilik qatırdı. Öncə Əfran qola yaxın oldu. Amma boş qapı önündə topa ayaq qoya bilmədi. Eyniylə İlqar Qurbanov qapıçıyla duelə yollansa da son zərbəni endirə bilmədi.  Ansi Aqollinin yerinə meydana daxil olan Təmkin Xəlilzadə  topu qazanaraq Vaqifi 2 dəfə əks-hücum şansı yaratsa da, son zərbə gəlmədi. Düzdü, sona 5 dəqiqə qalmış Vaqif  hesabı açmağa borclu idi. Amma Riçardın ötürməsiylə Vaqif qapıçıyla təkbətək çıxıb topu qolkiperin başı üzərindən tora göndərmək istəsə də,  `meşin` hədəfdən azacıq aralı keçdi.
Belə də, oyundan qol səsi çıxmadı. `Qarabağ`ımızın 4-cü hazırlıq matçında 0:0-lıq nəticə qeydə alındı.
Oyundan fotolar FOTOQALEREYA bölümündə...

http://qarabagh.com/1987/?name=photoview&phid=459&lang=1
 


 

Paylaş

// pop up