`Qarabağ` - `Tvente` 0:0

`Qarabağ` - `Tvente` 0:0
Bildiyiniz kimi bu gün AvroLiqanın play-off mərhələsinin ilk oyunları start götürəcək.Rəqibimiz Hollandiya təmsilçisi `Tvente`dir.Görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)
"Qarabağ" - "Tvente" matçı üçün heyətlər müəyyənləşib.
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, Riçard Almeyda, Muarem Muarem, Leroy Corc
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Admir Teli, Tərlan Quliyev, Cavid Tağıyev, Namiq Yusifov, Namiq Ələsgərov, Vüqar Nadirov
"Tvente": Nik Marsman, Kuko Martina (k), Darrl Laxman, Robert Şilder, Rasmus Benqtsson, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk
Ehtiyat oyunçular: Sonni Stevens, Diko Koppers, Tim Brekers, Yoahim Andresen, Tim Xelşer, Şadrak Eqan, Troqeyr Borven
I hissə
1` Oyun başladı ! Uğurlar `Qarabağ`
11` Danilo Dias cərimə meydançasında gözəl şans əldə etdi amma bu şansdan yararlana bilmədi.
15` Rəqib təhlükəli əks hücum yaratsada müdafiə xəttimiz inamlı oyun sərgilədi.
21` İbrahim Şehiç səhvə yol versədə hər şey bizim üçün yaxşı bitdi.
28` `Qarabağ`ın heyətində erkən əvəzləmə oldu,Leroy Corcun əvəzinə Vüqar Nadirov oyuna daxil oldu.
29` Vüqar Nadirovun cərimə zərbəsindən əla şans əldə etdi amma zərbəsi effektli olmadı.
30` Yarım saat geridə qalıb birinci hissədə amma hələ hesab açılmayıb.
33` Reynaldonun ideal ötürməsi Vüqar istiqamətində amma Vüqarın zərbəsi qapının üstündən keçdi.
36` Maksim Medvedev lazımsız mübahisə nəticəsində sarı vərəqə ilə cəzalandırıldı.
36` Ziyeç cərimə zərbəsindən qapımız qarşısına təhlükəli ötürmə versədə müdafiə xəttimiz inamlı oyun sərgiləyərək topu uzaqlaşdırdı.
39` Vüqar Nadirov daha bir real qol şansını əldən verdi.
45` İlk hissəyə 1 dəqiqə əlavə olundu.
45+1` İlk hissə başa çatdı,hesab açılmayıb.
II hissə
45` İkinci hissə başladı.
48` Ansi Aqolinin cərimə meydançasına tərəfə ötürməsini rəqib müdafiəçilər uzaqlaşdıra bildi.
50` Reynaldoooo əla şans əldə etdi amma yan xətt hakimi bayrağını havaya qaldırdı,oyundan kənar vəziyyət.
54` `Qarabağ`ın heyətində ikinci əvəzləmə baş tutdu.Danilo Diasın əvəzinə meydana Cavid Tağıyev daxil oldu.
62` Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi endirsədə müdafiə xəttimiz topu uzaqlaşdırdı və komandamız əks hücuma başladı
63` Rəşad Sadıqovun ideal ötürməsini Reynaldo yaxşı qəbul edə bilmədi.
64` Şehiç komandamızı real qoldan xilas etdi.
66` Komandamızın heyətində sonuncu əvəzləmə baş tutdu.Namiq Ələsgərov Muarem Muaremin əvəzinə meydana daxil oldu.
68` Rəqibin heyətində ilk əvəzləmə baş tutdu.Kuskun əvəzinə Hölscher meydana daxil oldu.
74` Bərabər səviyyəli oyun gedir amma hər iki komanda ehtiyyatlı oyun sərgiləyir.
75` `Tvente`nin heyətində daha bir dəyişiklik baş tutdu.Ziyeçin əvəzinə Eghan meydana daxil oldu.
85` Ansi Aqoliyə qarşı sərt oyun və komandamız əla nöqtədən cərimə zərbəsi qazandı.
89` Bədavi Hüseynov əla driblinq ilə topu özündə saxladı və komandamızın yeni əks hücumuna başladı.
90` Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olundu.
90`+1` Komandamız küncdən zərbə qazandı.
90`+3` Riçarddddddddddddddddddd amma zərbə qapıdan aralı keçdi.
90`+3` Və budur oyun başa çatdı,ilk oyunda hesab açılmasa da cavab oyununda komandamıza uğurlar arzu edirik.