`Qarabağ` - `Tvente` : iki qardaş, bir yumruq !
`Qarabağ` - `Tvente` : iki qardaş, bir yumruq !
`Qarabağ` Futbol Klubu Avropanın bir parçası olmaq yolunda inamla addımlayır. Hər gün, hər saat dünya təcrübəsindən yararlanmaq, müsbət cəhətləri Klubumuza tətbiq etmək son zamanlar komandamızın strategiyasının bir hissəsinə çevrilir. Bunun ən böyük nümunəsi `Qarabağ` - `Tvente` arasında yaranmış və günü gündən inkşaf edən dostluq, qardaşlıq münasibətləridir.Bunun pik nöqtəsi isə bu gün iki Klub rəhbərliyinin görüşündə çatıldı...
QOLUMUZUN GÜCÜ İLƏ BURALARA GƏLDİK..
Klubumuzu Avropada təmsil etmək üçün Vitse Prezident Taher Gozel, Direktor Emrah Çelikel və Menecer Asif Əsgərov Hollandiyanın tanınmış Klubu olan `Tvente` rəhbərliyinin dəvəti ilə Hollandiyaya yollandılar. Klubun bazasına yolda Vitse Prezidentimizin QOLUMUZUN GÜCÜ İLƏ, BİRLİKDƏLİYİMİZLƏ BURALARA GƏLDİK kəliməsi həqiqətən də qürurverici idi. Çox yaxın keçmişdə `Qarabağ`ın harada olduğunu belə bilməyən bir Avropa Klubundan indi dəvət almaq,bir masada əyləşmək Azərbaycan adına bir irəliləyiş, bir nəticədir...
...Klubun bir neçə il öncə inşa edilmiş müdhiş Bazasının qapısı önündə nümayəndə heyətimizi Prezident Joop Munsterman, eləcə də İdarə Heyətini üzvləri hərarətlə qarşıladılar. Heç şübhəsiz dörd saata yaxın çox isti dialoqlar hər iki Klub adına gələcəkdə görüləcək işlərin başlanğıcı idi.
JOOP MUNSTERMAN: `Piramidanın alt hissəsi sağlam olmalıdır...`
Hər iki Klub hazırlanmış video roliklərə diqqətlə baxdılar. Komandamızın Tvente ilə gözəl oyunundan fraqmentlər izlənildi. Yaxın keşmişə qayıtdılar. `Tvente` Prezidenti Joop Munsterman Azərbaycanın indiki futbolunu 5-6 il öncəki Hollandiya futbolu ilə müqayisə edərək, məhz o dövrdə Hollandiya futbolunun yeni addımlarından danışdı. Hətta belə bir futbol ölkəsində yalnız 1-2 Klubun dominantlıq etməsi, digərlərinin irəli getməsinə imkan verməmək kimi halların uzun zaman davam etməsi, bütün səfər oyunlarında böyük fərqlə məğlub olma tentensiyasının yaranması kimi hallardan danışıldı. Lakin çətinliklərə sinə gərən `Tvente`nin indi Avropa nəhəngləri ilə başa-baş mübarizə aparmasının səbəbini məhz həmin dövrlərdə qoyulmuş özülün möhkəmliyi ilə əlaqələndirdi. Bunları Piramidaya bənzədən Klub başçısı `Piramidanın aşağı hissələrini sağlamlığı Bizi yuxarıda təhlükəsiz edir` dedi. Bir maraqlı fikir də diqqətdən yayınmadı: `...Onlar Klubu Klub edirlər, biz isə sadəcə idarəçilərik` deyimi Klub rəhbərinin ən aşağı vəzifəlisindən fanatına kimi hər kəsin necə qiymətləndirdiyini göstərdi...
TAHER GÖZƏL: `Tək ağlayan Prezident mən deyilmişəm...`
`Tvente`nın tarixinə dair videorolikin sonunda Klubun son əldə etdiyi uğur zamanı Klub Prezidentini Baş Məşqçi Stiv Maklarenı qucaqlayaraq ağlaması maraqlı nüanslardan idi. Həmin anda Taher bəyin `Deyəsən ağlayan tək Prezident mən deyilmişəm` kəliməsi qarşısında Joop `Bizi birləşdirən məqamlar hələ çox olacaq` cavabını verdi...
...Maraqlı keçən toplantıda Klublar bütün mövzuları əhatə etməyə çalışdılar. Tvente Akademiyasının başçısı Cees Lok bildirdi kiç Klubumuzda əksəriyyətin yerli futbolçulardan təşkil olunmasını Tvente`nin örnək olmalıdır. Məhz sizin bu strategiyanızın Bizim tətbiq etməməyimiz Hollandiya Futbolu adına bir minusumuzdur.Gənc Məşqçilərimizin Hollandiyada kurslarda iştirakı, `Tvente` məşqçilərinin Bakıya gəlməsi də müzakirə mövzuları idi...
Beləliklə `Qarabağ` Futbol Klubu `Tvente` Klubu ilə qardaş Kluba çevrildilər. Tvente Prezidentinin sözü ilə desək, Biz indi Bir Klub olduq və bütün qələbələrimizi birlikdə sevinəcək, məğlubiyətlərimiin səbəbini birlikdə araşdıracağıq...
Görüşdən fotolara Fotoqalereya bölümündən tanış ola bilərsiniz..