“Qarabağ” U-15 komandası Tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirdi
“Qarabağ” U-15 komandası Tərbiyə müəssisəsində yoldaşlıq oyunu keçirdi
“Qarabağ”ın 15 yaşlılardan ibarət komandası yeniyetmə məhkumlardan ibarət komanda ilə mini-futbol üzrə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü münasibətilə təşkil olunub. AFFA-nın təşkilatçılığı ilə baş tutan matç Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində gerçəkləşib.
Tədbir Məhkumların hüquq və azadlıqlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili, onların sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya prosesinin həyata keçirilməsi istiqamətində Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən digər Dövlət qurumları ilə birlikdə təşkil etdiyi layihələr çərçivəsində reallaşıb.
Oyunu Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov, “Qarabağ” futbol klubunun baş direktoru Emrah Çelikel, AFFA-nın baş katibi Sərxan Hacıyev, klubumuzun İdarə Heyətinin üzvü Asif Əsgərov, eləcə də iştirak edən qurumların digər məsul şəxsləri izləyib. Oyundan sonra “Qarabağ” və AFFA-nın nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib.