"QARABAĞ" "U-19"-A DƏRS KEÇDİ....

single-news
20 İyl 2006

"QARABAĞ" "U-19"-A DƏRS KEÇDİ....



"Qarabağ" Futbol Klubu UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab oyununun hazırlıqlarını davam etdirir. Gündəlik məşqləri Suraxanı qəsəbə stadionunda davam etdirən komanda 19 yaşlılardan ibarət Milli komanda ilə hazırlıq oyunu keçirdi. Qarşılıqlı razılıq əsasında Suraxanı qəsəbə stadionunda keçirilən matçın Baş Hakimi Babək Quliyev idi. Oyunu "Qarabağ" Futbol Klubu iki heyətlə keçirdi. İlk hissədə meydanda olan heyət oyunun taleyini ilk 20 dəqiqədə həll etdi. Aslan Kərimovun başladığı "qol yağışı"nı Samir Musayev, Samir Abbasov və Kənan Kərimov davam etdirdi. Bundan sonra "Qarabağ" meydanın mərkəzində top saxlamaqla oyunu davam etdirdi. İkinci hissənin sonlarında isə Babək Quliyevin qapımıza təyin etdiyi 11 metrlik cərimə zərbəsini Rahid Əmirquliyev dəqiq yerinə yetirdi.Beləliklə, oyun 4:1 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə başa çatdı. "Qarabağ" Futbol Klubu daha bir yoxlama görüşünü 22 iyulda "Turan"la keçirməyi planlaşdırır.

Paylaş