"QARABAĞ" - "U-21 -GƏNCLƏR MİLLİSİ" 1 : 0

single-news
4 Fev 2006

"QARABAĞ" - "U-21 -GƏNCLƏR MİLLİSİ" 1 : 0



"Qarabağ" - V.Kovalyov, Z.Çilinşek, V.Haqverdiyev(R.Hüseynov- 2 hissə), A.Məmmədov, S.Sokolov, Q.Beraya, B.İliç, M.Orucov, A.Kərimov, S.Musayev (F.Quliyev-son 15 dəq), İ.Beraya (M.Hüseynov-2 hissə). Əvəldən qeyd edək ki, bu yoldaşlıq matçında "Qarabağ"ın üç futbolçusu - R.Hüseynov, H.İsgəndərov və N.Yusifov U-21-in heyətində "Qarabağ"a qarşı forma geyinmişdi... İlk hissədə "Qarabağ"ın açıq aşkar üstünlüyü ilk dəqiqələrdən hesabın açılması ilə nəticələnə bilərdi. Lakin son anda ötürmə bir qədər qeyri dəqiq verildi. Bir neçə dəqiqə sonra isə Qoqanın yandan ötürməsinə Samir Musayev çata bilmədi. Əks halda boş qapıya top vurmaq elə də çətin olmayacaqdı. Hissənin sonlarında İliçin cərimə zərbəsindən asmasından sonra İrakli Berayanın zərbəsini isə qapıçı dəf edə bildi. Rəqibin isə ilk hissədə yalnız bir künc zərbəsi yerinə yetirməsi "Qarabağ" qapısı qarşısına edilən yeganə ötürmə oldu... İkinci hissə daha bol epizodlarla yadda qaldı. Təzəcə meydana çıxmış Ramizin özü başladığı və Aslan-Samir ötürməsindən sonra yenidən qazandığı top qapıdan azacıq aralı keçdi. İki dəqiqə sonra Aslanın uzun drimlinqdən sonra ötürməsini Samir güclü zərbə ilə tamamlaya bilmədi. Lakin əvəzində qazanılan künc zərbəsindən sonra Serqey Sokolov gözəl baş zərbəsi ilə hesabı açdı. 7 dəqiqə sonra Sergey dubla imza ata bilərdi. Lakin 30 metrlik məsafədən zərbəni qapıçı çətinliklə dəf edə bildi... Gözəl oyun sonda "Qarabağ"ın layiqli qələbəsi ilə başa çatdı.

Paylaş