"Qarabağ" ümumiyyətlə, medalsız qala bilər (EXPRESS QƏZETİ, 17.05.2005)

single-news
17 May 2005

"Qarabağ" ümumiyyətlə, medalsız qala bilər (EXPRESS QƏZETİ, 17.05.2005)



Futbol üzrə 13-cü ölkə çempionatının güclüləрâ əstəsində 32-ci tuрâun oyunları bazar günü keçirildi. Matçlar hamısı eyni vaxtda başladığından qarşılaşmalara böyük diqqət var idi. Belə ki, futbolçular yalnız öz oyunları haqda düşünmür, həm də digər iddialılardan xoş soraq gözləyirdi. "Karat"ın "Şəfa"yla oyuna görə texniki qələbə aldığı turda bütün matçlarda qol vuruldu. Əksər matçlarda meydan sahibləri üstün oldu ki, bu da bir çox iddialıların rəqibini "ev"də qəbul etməsindən irəli gəlirdi. Yalnız "Neftçi"ylə OMİK səfərdə sevindi ki, onların məğlub etdiyi qərb klublarının da cari mövsümdə həll olunası hər hansı problemi qalmayıb. "Xəzər-Lənkəran" - "Qarabağ" oyunuyla çempionluğa ən layiqli namizədlər hesab olunan "üçlüy"ün öz aralarındakı oyunlar seriyası bitdi. Bu matçdan öncə "Qarabağ" və "Neftçi" hərəyə bir belə qələbə qazanmışdısa, cənublular da son uğur sayəsində şansını davam etdirməyə başladı. İndi turnir cədvəlinin zirvəsində vəziyyət xeyli gərgindi. Bəlkə də dünyanın heç bir ölkəsində belə mübarizə izlənilmir. Sona iki tur qalmış ilk beş pillədə qərarlaşan komandaları bir-birindən cəmi iki xal ayırır. Bu üzdən indidən çempionun, eləcə də digər mükafatçıların kim olacağını söyləmək çətindi. Təbii ki, belədə qitə kuboklarına gedənlərin də adı müəmmalı olaraq qalır. "Ev" qələbələriylə "Qarabağ"a çatan "Turan" və "Karvan" da qalan iki turda iddiasını daha ciddi şəkildə ortaya qoyacaq. Amma bütün hallarda çempionluğun taleyi iki komandanın - "Neftçi" və "Xəzər-Lənkəran"ın öz əlindədi. Qalan iki oyunda qələbə qazanacaqları təqdirdə bu komandalar "qızıl oyun"da üz-üzə gələcək. Onu də nəzərə alaq ki, "Neftçi" "Şəfa"yla oyuna görə son turu istirahətdə keçirəcək. Konkret oyunlara gəlincə, "Gənclərbirliyi" 14 oyunluq uğursuzluq seriyasına son qoyub ikinci dövrədə ilk qələbəsini qazandı. "Bakılı"yla qarşılaşmanın hələ 26-cı dəqiqəsində hesabı açan Orxan Ağayarzadə meydan sahiblərini irəli çıxardı. İssa Nikiemanın 53 və 69-cu dəqiqələrdə vurduğu iki qolun arasında isə paytaxt təmsilçisi Ohioze İke Sondinin simasında təsəlli topunu rəqib qapısından keçirməyə müvəffəq oldu. "Şəmkir" tarixində ilk dəfə "ev"də OMİK-ə yenildi. Elnur İmanquliyevin birinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurduğu yeganə top "hərbçilər"in güclülər dəstəsində qalmaq şansını artırdı. Amma "Şahdağ-Samur" da "doğma divarlar" arasında "Göyəzən"i yenib OMİK-i özündən irəli buraxmadı. 7, 32 və 50-ci dəqiqədə rəqib qapısını dəqiq nişan alan Şalva Mumuladze qələbədə böyük rol oynadı. Gürcü legionerin het-trikinə qazaxlılar yalnız 66-cı dəqiqədə Koroğlu Vələdovun dəqiq zərbəsiylə cavab verə bildi. "Karvan"ın hər iki qoluna legioner imza atdı. Artıq çempionatda heç bir ciddi iddiası qalmayan "MKT-Araz" Yevlaxa zəif heyətlə yollanmışdı. Bir neçə cəzalı və zədəli oyunçu bir yana, Artyom Bezrodnı da ailə problemləri üzündən vətəninə getdiyindən İmişli klubundan ayrı düşmüşdü. Belədə "Karvan" ciddi çətinlik çəkmədən qonaqları məğlub etdi. Pape Sanba Banın 32-ci dəqiqədə vurduğu topa Nəzər Bayramov 73-cü dəqiqədə daha birini əlavə edincə son nəticə müəyyənləşdi. Qızıl medallara iddiasını hələ də davam etdirən daha bir komanda - "Turan" da Tovuzda asan qələbə qazanıb son 7 oyunda topladığı xalların sayını 21-ə çatdırdı. Asen Nikolov 15-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdi. 37-ci dəqiqədə isə Nadir Nəbiyev meydan sahiblərinin qələbəsini möhkəmləndirdi. Bu topa assisentlik edən Saşa Kovaçeviç 52-ci dəqiqədə özü də "Ədliyyə"ni məyus etdi. Aftandil Hacıyevin 86-cı dəqiqədə vurduğu top isə (4:0) "nazirlik klubu"nun birinci dəstəyə yuvarlanmasını rəsmiləşdirdi. Turun heç bir önəm kəsb etməyən digər matçında "Bakı" "İnter"i yenməyi bacardı. Mayın 28-də ölkə kubokunun finalında da üz-üzə gələcək bu komandalar qarşılaşmaya eksperimental heyətlə çıxsa da, meydan sahibləri daha üstün oldu - 2:0. Aleksandr Qoqoberişvili dubl etməklə (35 və 53-cü dəqiqələr) rəqib üzərində komandası¥ı©¥n psixoжo¬üstünlük qazanmasına şərait yaratdı. "Neftçi" Gəncədə eyniadlı komanda üzərində qələbəni hələ 4-cü dəqiqədə fərqlənən Tomislav Mişuranın yeganə qolu sayəsində qazandı. "Xəzər-Lənkəran"sa "ev"də "Qarabağ"ı darmadağın edib çempionluğa rəqibindən daha çox layiq olduğunu nümayiş etdirdi. İlqar Qurbanovun 34 və 43-cü dəqiqələrdəki ötürmələrini dəyərləndirən Samir Əliyev hələ fasiləyədək cənubluların üstünlüyünü möhkəmləndirmişdi. İkinci yarındakı ilk hücumunda isə Rəşad Abdullayev üçüncü qolu vurub meydan sahiblərinin böyük hesablı qələbəsini təmin etdi - 3:0. Ymumiyyətlə, bu elita tarixində "Qarabağ"ın 11-ci dəfə böyük hesablı yenilgisiydi. Son dəfə 2003-cü il noyabrın 22-də fərqli məğlubiyyət alan ağdamlılar onda da, zirvədən 0:3-lə enmişdi. Gözlənildiyi kimi, son turlardakı sensasion qələbələr də "Ədliyyə"ni xilas etmədi. Dünən "Turan"dan 4 cavabsız top "yeyən" "nazirlik klubu"nun elitanı tərk etməsi rəsmiləşdi. Sonuncu "xoşbəxt"in kimliyinə isə qarşıdakı 10 gün ərzində aydınlıq gələcək. Əslində "Şəmkir" OMİK-i yenməklə bu sualın cavabını da verə bilərdi. Amma "hərbçilər"in ümidləri davam edir. Şahin Şahhüseyninin yetirmələri cümə günü "Karvan"a, 34-cü turda isə "Gənclərbirliyi"nə qarşı eyni qəhrəmanlığı təkrarlamaqla elitada qalmağa çalışacaq. Hər halda daha asan oyunları qalan "Şahdağ-Samur" və "Göyəzən" paytaxt klubuyla mübarizədə favorit sayılır. Onu da qeyd edək ki, hələ "Şəmkir" və "Gənclərbirliyi"nin də güclülər dəstəsində yerini qoruması məsələsi tam həll olunmayıb. Çempionluq mübarizəsində də hələ növbəti turda da bütün suallara aydınlıq gəlməyəcəyi gözlənilir.

Paylaş

// pop up